Maraqlı 11.10.2019 08:45

BÜRCLƏR – 11 oktyabr

Qoç – yaxın ətrafınızdakı insanların gizlətməyə və pərdələməyə çalışdıqları məqamları görməyə, aşkarlamağa çalışın. Boş söhbətlərə qatılmayın. Nə isə deməzdən əvvəl yaxşı düşünün. Başqalarının sirlərini faş etməyə can atmayın. Əks təqdirdə qalmaqal qaçılmaz olacaq.
Günün ikinci yarısında səfər və ya gəzinti yaxşı nəticə verəcək. Güzəştə hazır olsanız, yaxınlarınızla münasibətləriniz pis olmayacaq. Kiçik məqamlara və xırda işlərə görə mübahisə etməyin.
Axşam saatlarında dostlarla görüşə bilərsiniz.

Buğa – uğurlu zamandır. İntuisiyanız güclü olsun. Situasiyadan asılı olaraq davranış modelini sürətlə dəyişmək, gərəkli sonuca nail olmaq üçün çeviklik nümayiş etdirmək gərəkdir. Yeni biliklər və bacarıqlar əldə edə bilərsiniz. Müttəfiqlərinizin yardımları ilə peşəkar müstəvidəki problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə sərvaxt olun. Gəzintiyə çıxmaq üçün pis zaman deyil. Yola çıxarkən darıxmayacağınıza əmin olun. Yaxşı dostlarla istirahət etməyə çalışın.

Əkizlər – gün qarşınızda çətin məsələlər qoyur. Bu problemlərin öhdəsindən uğurla gələ bilərsiniz. İntellektual səviyyəniz yüksəkdir. Yaddaşınız sizi aldatmayacaq. Diqqətə layiq məsələləri unutmayın, qulaqardına vurmayın. Bilik və təcrübə əldə edilməsində aktiv olun. Problemlərin həllinə yaradıcı yanaşın. Qarşınızda geniş imkanlar yaranır.
Yeni tərəfdaş və ya müttəfiq qazana bilərsiniz.

Xərçəng – mahiyyət etibarilə pis deyil və saatlarınızı xoş keçirə bilərsiniz. Qarşınıza çətin, əldə edilməsi məşəqqətli hədəflər qoymayın. Cari işlərlə, situativ zərurətlərlə kifayətlənin. Gərəkli istiqamətdə addım-addım irəliləyin. Bu gün sizə yardım edəcək insanlar hələ uzun müddət yardımçı və müttəfiqiniz kimi qalacaq.
İntuisiyanız yüksək səviyyədə olacaq. Ondan yararlanın. Əlverişli məqamdan istifadə edərək maraqlı tanışlığa nail ola bilərsiniz.

Şir – gündəlik yaşamınızda yeniliklər və dəyişikliklər barədə düşünün. Şəraitin formasına nəzər salın. Yeni işə başlamaq olar. Amma potensial və imkanlarınızı dəyərləndirəndə səhvə yol verməyin. Həddən artıq ağır iş və ya genişmiqyaslı layihə sizdə ifrat yorğunluq yarada bilər.
Günün ikinci yarısında yaxınlarınız sizə dürüst məsləhətlər verəcək, mənasız və absurd ideyaların illüzorr olduğunu göstərməyə çalışacaqlar. Axşam saatlarını əzizlərinizlə ünsiyyətə həsr edin.

Qız – bütün işləri qısa zamanda həll etmək istəyi məntiq və situasiyanın şərtlərinə zidd olmaqla yanaşı, çox qeyri-effektiv qərar ola bilər. Bununla yanaşı, rasional davranışınız və qənaətcilliyinizi bəziləri bəyənməyə bilər. Qıcıqlanan insanlara fikir verməyin.
Günün ikinci yarısında vəziyyətdən faydalanmaq imkanlarınız var. Ətrafınızdakı insanların bəziləri inciyə bilər.
Axşam saatlarında bəzi şəxslər sizə xoş olmayan mövzuda söhbətə başlayacaqlar. Enerji səviyyənizin aşağı olması aktiv hərəkətlərə imkan vermir.

Tərəzi – ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalışın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin.
Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait yaradın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın.
Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardına vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini sevindirin.

Əqrəb – günün ilk yarısında emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın. Təmkinli davranın. Soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında situasiyada nizam artacaq. Fiziki və emosional baxımdan özünüzü daha yaxşı hiss edəcəksiniz.
Çoxdan başa vurmaq istədiyiniz işə qayıtmaq olar.
Yaxınlarınızın yardımlarından imtina etməyin. Onlar qayğınıza və səmimi hisslərinizə bel bağlayırlar.

Oxatan – daha aktiv işləmək bəzi məsələlərə yenidən baxmaq və müəyyən işləri yenidən görmək istəyi yaratsa da, təmkinli olun. Bütün işlərə vaxt, enerji və ya imkan çatdıra bilməzsiniz. Şərait ilk baxışdan uğurlu təsir bağışlasa da, genişmiqyaslı layihəni ertələyin.
Günün ikinci yarısında ifrat yorğunluq hissi yaranmasın deyə emosional olmayın, bütün hədəflərə çatmağa can atmayın. Bütün diqqəti bir işə yönəldin.

Oğlaq – günün ilk yarısında maliyyə məsələləri ön plana çıxacaq. Bir qədər əvvəl xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın.
Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün əlverişli imkanlar arayın.
Situasiyanı nəzərə alın. Belədə ailə üzvlərinizin yaxın gələcəklə bağlı nigaranlıqları yaranmaz. Axşam saatlarını sevdiyiniz insanla gəzintiyə həsr edin.

Dolça – Yaşananlara sərt reaksiya verməyin, yumor hissini unutmayın. Ən kiçik maneələrdən depressiyaya qapılmayın. Xırda çətinliklər əhvalınızı korlamasın.
Yeniliklər əxz etməkdən, məlumatlar əldə etməkdən çəkinməyin. Bu gün əldə edəcəyiniz xəbərlər sonradan karınıza gələcək.
Günün ikinci yarısı məsələlərin dostlar və həmfikirlərlə müzakirəsi üçün əlverişlidir. Parlaq, maraqlı fərdlərlə tanışlıq da istisna deyil. Axşam saatlarında qonaq qəbul etmək olar.

Balıqlar – təmkinli davranın, soyuqqanlı və məntiqli olun. Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək “saf” qərarlar verməyin.
Saatlar keçdikcə peşəkar fəaliyyətinizlə bağlı maraqlı təkliflər alacaqsınız. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil.
Günün ikinci yarısında passiv olmayın. Süstlük və tənbəllik bu gün əsas düşmənlərinizdir.
Axşam saatlarında gəzintiyə çıxın. Normal istirahət etməyə çalışın. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO