İdman 12.10.2019 22:51

Veteran cüdoçularımız daha iki medal qazandı - FOTO

 

Mərakeşdə keçirilən veteran cüdoçular arasında dünya çempionatı davam edir. Yarışın üçüncü günündə M-4 və M-5 kateqoriyaları üzrə 5 idmançımız mübaizə aparıb. “Judo Club 2012”nin usta cüdoçuları günü 1 qızıl və 1 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalı M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində çıxış edən Mübariz Cəfərov qazandırıb. Yarışa 1/16 finaldan başlayan ikiqat Avropa çempionumuz ardıcıl olaraq Fransa, Rusiya və Portuqaliya idmançılarına qalib gələrək yarımfinala yüksəlib. Veteran cüdoçumuz bu mərhələdə gürcüstanlı idmançı Merabi Kvarianini mübarizədən kənarlaşdırıb. Finalda fransalı Cimmi Kadokeni də üstələyən Mübariz Cəfərov ilk dəfə olaraq usta cüdoçular arasında dünya çempionu adına layiq görülüb. Komandamıza bürünc medalı isə M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində çıxış edən Müşfiq Cəfərov qazandırıb. İkiqat dünya çempionumuz üçüncü yer uğrunda həlledici görüşdə kanadalı Artur Tarqosinskiyə qalib gəlib.

M-5 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində çıxış edən komandamızın digər üzvləri Azər Əsgərov və Yamən Fətiyev isə dünya çempionatında yeddinci yerlə kifayətləniblər. Xatırladaq ki, yarışların ilk iki günündə veteran cüdoçularımızdan Fərhad Rəcəbli (M-7, 90 kq) və Məmməd Məmmədov (M-1, 73 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanmışdılar. 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) usta cüdoçunun iştirak etdiyi dünya çempionatına oktyabrın 13-də yekun vurulacaq. Qeyd edək ki, veteran cüdoçularımızın yarışda iştirakı Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən təmin olunub.

Azər Əlizadə

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS