Maraqlı 16.10.2019 11:11

Ədviyyatların müalicəvi xüsusiyyətləri çoxdur – MƏSLƏHƏT

Cirə, hil, zəncəfil, vanil, mixək, darçın… Ədviyyatlar yeməklərə xüsusi dad və ətir verir. Lakin bununla yanaşı, ədviyyatlar bir çox xəstəliklərə qarşı mübarizədə də faydalıdır. 

Rakus.az xəbər verir ki, ədviyyatların müalicəvi xüsusiyyətləri çoxdur.

Cirə. Ədviyyat bitkinin toxumları qurudularaq hazırlanır. Cirə yağı soyuqdəymə və öskürək, mədə-bağırsaq pozulmaları (qıcqırma, gəyirmə), yuxusuzluq zamanı çox təsirlidir.

Badyan (ulduzvarı cirə). Ulduzabənzər toxumları ilə tanınan bu ədviyyatdan çox vaxt bəzək məqsədilə istifadə edirlər. Dadı cirəyə nisbətən acıdır. Ədviyyat mədə pozulmaları və soyuqdəymə zamanı faydalıdır, böyrəklərin fəaliyyətini yaxşılaşdırır.

Mixək. Tərkibindəki evgenol maddəsi sayəsində mixəkdən ağrıkəsici və antiseptik vasitə kimi istifadə olunur. Mixəyin efir yağı bakteriyaların, göbələyin və virusların yayılmasının qarşısını alır, həzm sisteminin fəaliyyətini möhkəmləndirir. İspaniyalı alimlər müəyyən ediblər ki, mixəyin tərkibində antioksidant, iltihabəleyhinə xassəyə malik olan xeyli fenol birləşmələri var. Mütəxəssislərin sözlərinə görə, bu maddələr xərçəngi əmələ gətirən sərbəst radikalların vurduğu zədələrdən müdafiə edir.

Darçın. Darçın bağırsaq fəaliyyətinə çox yaxşı təsir edir, mədə şirəsinin ifrazına şərait yaradır, bununla da həzmi yaxşılaşdırır. Darçından həm də revmatizm və artrit ağrıları zamanı istifadə edilir. Bu ədviyyat qan dövranını yaxşılaşdırır, insanı sakitləşdirir.

Zəncəfil. Bu ədviyyat iştahanın pozulması və qıcqırma zamanı çox faydalıdır. Zəncəfil həm də öd kisəsi və mədəaltı vəzinin fəaliyyətinə öz müsbət təsirini göstərir. Ədviyyat, həmçinin qızışdırıcı xassəyə malikdir: siz zəncəfilli çay içdikdən 3-4 dəqiqə sonra tərləməyə başlayacaqsınız. Belə çay soyuqdəymə zamanı çox xeyirlidir.

Hil. Bu ədviyyat da zəncəfil ailəsinə aid edilir və antibiotik xassəsinə malikdir. Hil bu baxımdan sidik yollarının infeksiyası ilə mübarizədə faydalıdır. Hil, həmçinin mədə-bağırsaq problemlərində effektlidir, maddələr mübadiləsini və həzmi tənzimləyir, köpü aradan qaldırır. Bundan başqa, hil əsəb sisteminə müsbət təsiri ilə – yaddaşı möhkəmlətmək və əhval-ruhiyyəni yaxşılaşdırmaq xassəsi ilə də tanınıb.

Cövüz. Asiyada cövüz revmatizm və əzələ ağrıları, həmçinin mədə pozulmalarını sağaltma xassəsinə görə dəyərləndirilir.

Vanil. Vanilin ətri sakitləşdirir və emosional vəziyyəti yaxşılaşdırır.

Zəfəran. Bu ədviyyat hələ orta əsrlərdə dərman və müalicə vasitəsi kimi dəyərləndirilmişdi. Ondan dəri və göz xəstəliklərində istifadə olunub. Müasir göstəricilər zəfəranın həzm və ürək fəaliyyətini tənzimləmə xassəsinə malik olduğunu sübut edir. Zəfəran qaraciyəri möhkəmləndirir, əsəbləri sakitləşdirir, yuxu problemlərini aradan qaldırır.

Keşniş toxumu (koriandr). Bu toxumlardan istifadə qıcolmalar və köp zamanı daha effektlidir. Hindistanda koriandrdan revmatizm və podaqra xəstəliyində, bədən hərarətinin aşağı salınmasında və iltihabəleyhinə vasitə kimi istifadə olunur.

Mütəxəssislər qeyd edirlər ki, ədviyyatlardan az dozada və həkim məsləhəti ilə istifadə olunmalıdır. Çünki onlardan istifadə bir sıra xroniki xəstəliklər zamanı ziyanlı ola bilər.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO