Gündəm 14.10.2019 22:50

İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb.

Rakus.az xəbər verir ki, elbası Nursultan Nazarbayevi salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Hörmətli Nursultan Abişeviç.

Sizi yenidən görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz. Sizi – Qazaxıstanın birinci Prezidentini Sizə çox tanış və doğma olan Azərbaycan torpağında qəbul etmək böyük şərəfdir. Mən bu yaxınlarda Sizin ölkəmizə rəsmi səfərinizi və mənim Qazaxıstana səfərim çərçivəsində, beynəlxalq meydanlarda görüşlərimizi xatırlayırdım. Bizdə – Azərbaycanda Sizi ölkəmizin, Azərbaycan xalqının böyük dostu kimi tanıyırlar. Siz beynəlxalq əməkdaşlığın bir çox meydanlarında həmişə bizə dəstək göstərmisiniz. Münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyiniz böyük töhfəni Azərbaycanda çox yüksək qiymətləndirirlər. Siz Heydər Əliyevlə birgə münasibətlərimizin qurulmasının təməlində dayanmısınız. Həmçinin mən Prezident vəzifəsini icra etməyə yenicə başlayandan Sizinlə ünsiyyət təcrübəsi mənim üçün çox dəyərli olub. Siz həmişə mənə dəstək göstərmisiniz və aramızda yaxın, deyərdim ki, doğma münasibətlər qurulub. Türkdilli ölkələrin həmrəyliyinin möhkəmləndirilməsi işinə töhfəniz də çox böyükdür. Türk Şurasının yubiley Sammitinin Bakıda keçirilməsindən çox məmnunuq. Siz türk dünyası birliyinin möhkəmləndirilməsi işinə yönəlmiş bir çox təşəbbüslərin və addımların təməlində dayanmısınız. Bir daha xoş gəlmisiniz. Dəvəti qəbul edib səfərə gəldiyinizə görə sağ olun.

Qazaxıstanın birinci Prezidenti-elbası Nursultan NAZARBAYEV dedi:

-İlham Heydər oğlu, sağ olun. Həqiqətən də mən müstəqillik illərində, deyəsən, doqquzuncu dəfədir Bakıya gəlirəm. Burada əvvəllər də olmuşam. Sovet dövründə də Heydər Əlirza oğlu ilə bizim ayrıca münasibətlərimiz olub və bu münasibətlər Sizinlə də davam edir. Bizim başladığımız münasibətləri Sizinlə davam etdirirəm. Hər dəfə Bakının necə gözəlləşdiyini görürəm. Mən bunun nə demək olduğunu yaxşı bilirəm. Mən paytaxtı sıfırdan inşa etdim. Siz qədim şəhəri yenidən qurdunuz, bu, daha çətindir. Bu gün Bakının siması, eləcə də havası şübhəsiz ki, gözəl və təmizdir. Müasir binalar inşa edilib, bu, ölkənin, dövlətin inkişafından xəbər verir. Sözün düzü, qüdrətli qardaş Azərbaycan məni çox sevindirir. Əgər Heydər Əlirza oğlu indi bunları görsəydi, əlbəttə, çox heyran qalardı.

Bizim münasibətlərimiz davam edir. Mən ilk dəfədir ki, buraya Prezident qismində deyil, bizdə deyildiyi kimi, millətin lideri, millətin atası kimi, Konstitusiyanın mənə verdiyi müəyyən səlahiyyətlər çərçivəsində gəlirəm. Mənim varis seçdiyim və təklif etdiyim, xalq tərəfindən seçilmiş Prezidenti dəstəkləyərək onunla birlikdə nə edəcəyimiz – müstəqilliyimizi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək və bununla da xalqın rifahını yaxşılaşdırmaq istiqamətində işləyirik.

İlham Heydər oğlu, Sizin Qarabağla, Ermənistanla münasibətlərlə bağlı çətin məsələləriniz az olmayıb. Ümumiyyətlə, Azərbaycanın coğrafi mövqeyi hamı üçün maraqlıdır. Lakin qeyd etməliyəm ki, mən qiymət verməyə çalışmıram, amma mənim həyat, siyasi və yaş təcrübəmdən çıxış edərək deməliyəm ki, Azərbaycanda hər şey öz axarında gedir. Başlıcası budur ki, xalq Sizin kursunuzu dəstəkləyir. Prezident və xalq yekdil olduqda xalqın öhdəsindən gələ bilməyəcəyi güc yoxdur. Buna görə Sizi təbrik edirəm.

Münasibətlərimizə gəldikdə isə onları davam etdirmək lazımdır. İndi imkanlar daha böyükdür. Amma hər halda Xəzər dənizi ilə ticarətimiz yetərincə deyil. Hərçənd ötən ildə artım yaxşı olub, 58 faiz təşkil edib. Lakin həcm böyük deyil. Odur ki, hökumətlərimiz nə ilə ticarət etməyin və nəyin tədarük olunması üzərində bir daha çalışmalıdırlar. Logistika yaxşı vəziyyətdə olmayıb. İndi biz sizin vasitənizlə, Qafqazdan keçməklə Qars-Axalkalaki yolu ilə Türkiyəyə, Avropaya çıxa bilərik. Lakin bərə yolları da genişlənib. Biz də öz infrastrukturumuzu Çinə, Sakit okeanadək inkişaf etdirmişik. Beləliklə, heç bir siyasi və digər problemlər olmadan ticari və siyasi münasibətləri inkişaf etdirmək üçün bütün imkanlarımız var.

Sabah mənim 10 il əvvəl Naxçıvanda təklif etdiyim Türk Şurası toplanacaq. Sağ olun ki, mənə fəxri sədr olmağı təklif etdiniz. İlham Heydər oğlu, bunu məmnuniyyətlə qəbul edirəm, çünki bizim dövlətlərimizin münasibətlərinin möhkəmlənməsinə, türkdilli ölkələrin birgə inkişafına kömək etmək istəyirəm. Artıq türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazımdır. Dəvətə görə təşəkkür edirəm. Qazaxıstanda Azərbaycanı diqqətlə izləyir, sevir, hörmət edir, qiymətləndirirlər. Biz bu dövlətin yaxşı inkişafını müşahidə edirik. İlham Heydər oğlu, Sizə uğurlar arzu edirəm.

Prezident İlham Əliyev: Ölkəmiz haqqında xoş sözlərə görə çox sağ olun, Nursultan Abişeviç. Öz növbəmdə, demək istərdim ki, biz şəhər quruculuğunda sizin gözəl Nur-sultan şəhərinin tikintisi üzrə təşəbbüslərdən nümunə götürmüşük. Bu şəhər haqlı olaraq Sizin adınızı daşıyır, çünki Siz onu sıfırdan tikmisiniz. Nur-sultan şəhərində tez-tez olaraq mən sürətli dəyişiklikləri görmüşəm. Bir-iki ildən sonra gələrkən, sanki yeni şəhərə gəlirsən. Xüsusilə keçən dəfə Ekspoda olarkən tikintinin miqyasından, memarlıq ustalığının səviyyəsindən və düşünülmüş quruculuqdan heyrətə gəldim. Mən bilirəm ki, Nur-sultan şəhərində ucaldılan hər bir binanın, bəlkə də yetişdirilən hər bir ağacın arxasında şəxsən Siz dayanmısınız. Sizin tövsiyəniz, təlimatınız olmadan, əlbəttə ki, bu şəhərsalma ansamblı indi göründüyü kimi belə möhtəşəm görünməzdi və orada yaşayanlar üçün rahat olmazdı. Buna görə də düşünürəm ki, bir çox ölkələr üçün Nur-sultan şəhəri özündə modernizmi, ənənələri, həmçinin rahatlığı cəmləşdirən müasir şəhərsalma nümunəsidir. Əlbəttə ki, bu gün beynəlxalq məsələlərdə mühüm rol oynayan, fəal inkişaf edən Qazaxıstanın uğurları Sizin adınızla bağlıdır. Qazax xalqının, bizim qardaşlarımızın bəxti gətirib ki, müstəqilliyin astanasında Siz dayanmışdınız. Bunun sayəsində Qazaxıstan bizim və SSRİ-nin digər respublikalarının payına düşən bir çox sarsıntılardan yan keçib. Həmin yerlərdə müstəqilliyin ilk illərində hakimiyyətə bacarıqsız qüvvələr gəlmişdi. Buna görə də biz Sizin Qazaxıstanın inkişafına töhfənizi, Sizin ölkəmizə münasibətinizi çox yüksək qiymətləndiririk. Mən bilirəm ki, Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatlar çərçivəsində Siz həmişə bizi müdafiə etmisiniz, dəstəkləmisiniz. Bunu Azərbaycanın hər bir vətəndaşı bilir, Sizə böyük hörmət və sevgi ilə yanaşır. Sizi görməyimə çox şadam. Şadam ki, Siz ölkənizin rifahı naminə öz aktiv fəaliyyətinizi davam etdirirsiniz.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO