Azərbaycan klublarının 2019-2020 mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün qitə futbol qurumunun ayırdığı vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb. “Qarabağ” digərlərindən çox qazanc götürüb.
Rakus.az xəbər verir ki, Azərbaycan klublarının 2019-2020 mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün qitə futbol qurumunun ayırdığı vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.
Azərbaycan çempionu Çempionlar Liqasında iştiraka görə həmrəylik ödənişi olaraq 1 milyon 140 min avro qazanıb.
Avropa Liqasında mübarizəni təsfanit mərhələsində dayandıran klubların gəliri isə belə olub:
“Neftçi” – 780 min avro
“Qəbələ” – 260 min avro
“Səbail” – 240 min avro