Maraqlı 16.10.2019 08:45

BÜRCLƏR – 16 oktyabr

Qoç – Səhər saatlarından etibarən əhvalınız pisləşməsin. Bədbinliyə qapılmayın. Ötən günlərdə yaşanan hadisələr indiki proseslərə bilavasitə təsir edir.
Günün ikinci yarısında hansısa işə həddən artıq vaxt və qüvvə sərf etsəniz, yaşam tonusu səviyyəsinin aşağı düşməsi qaçılmazdır. Pozitiv olun, kiçik problemləri böyütməyin. Yaxınlarınızla ünsiyyətdə səmimi olun. Aqressiv davranmayın.

Buğa – Fəaliyyətinizdə harmoniyaya nail olun. Təfərrüatlarına bələd olmadığınız, detallarını dəqiqləşdirmədiyiniz işə başlamayın. Belədə, yarıyolda zəiflədiyinizi, imkanlarınızın tükəndiyini hiss edə bilərsiniz.
Başladığınız işi bitirin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinləşməyə imkan verməyin. Emosional olmayın.
Yaxın ətrafınızdakı insanların dediklərinə aqressiv münasibət bəsləməyin.

Əkizlər – Adi, yeknəsəq günlərdən biridir. Hisslərə yox, məntiqə əsaslanaraq hərəkət edin. Belədə, fəaliyyətinizdə və dəyər verdiyiniz insanlarla münasibətlərdə xoşagəlməz sürprizlərlə qarşılaşmayacaqsınız.
Günün ikinci yarısında qəfil istəklər, çılğın ideyalar istisna deyil. Yeni layihəni və ya istəyi reallaşdırmaq fikrinə düşməzdən əvvəl motivləri ayırd etməyə can atın.
Axşam saatlarında ailə üzvləri və qohumlarla münasibətləri intensivləşdirin. Xoş emosiyalı anlar olacaq.

Xərçəng – Ətrafınızda baş verən hadisələrə təkan verən səbəbləri aydınlaşdırın. Şəxsi münasibətlər, istəklər və arzularla yanaşı, tərəfdaşlarla şəriklərin planları da önəmlidir. Çalışdığınız kollektivdə mübahisə etməsəniz, hər şey yaxşı olacaq.
Günün ikinci yarısında əhvalınızda ciddi dəyişikliklər olacaq. Ani çətinliklər sizdə durğunluq yaratmasın. Şübhələr planların gerçəkləşdirilməsinə mane ola bilər.
Axşam saatlarında normal istirahət edin.

Şir – Mühüm qərarlar üçün yaxşı gündür. Tələsməyin, yaxşıca düşünüb qərar verin. Yaşamınızın sahibi ola bilərsiniz. Peşəkar mövqelərinizi səbatlaşdırın.
İşlə bağlı yeni münasibətlərin başlanması, sərfəli əməkdaşlıq istisna deyil.
Günün ikinci yarısında sizi xoş sürpriz gözləyir. Qəfil hədiyyə, dəvət və ya romantik görüş ola bilər.
Səfər və ya səyahəti planlaşdıra bilərsiniz. Yaşam arealının dəyişdirilməsi faydalıdır, əhval-ruhiyyənizi yaxşılaşdıra bilər.
Yaşam potensialı səviyyəsi yüksəkdir.

Qız – Kiçik problemlərin çözülməsi, cari məsələlərin həlli üçün uğurlu gündür. Ciddi və ağır işlərə başlamayın. Səhv etmədən onları başa vurmaq asan deyil. Təmaslarda diqqətli, sərrast olun. Yeni tanışlıq, nüfuzlu insanın dəstəyi və ya yardımı istisna deyil.
İşdə rəhbərliklə problemləri müzakirə etmək, yeni layihəni nəzərdən keçirmək olar.
Günün ikinci yarısı bilik, informasiya bazasını genişləndirmək, yeni təcrübə əldə etmək üçün əlverişlidir. Alınmış məlumatların mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə tələsməyin.
Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların təsiri altında yanlış addım ata bilərsiniz.

Tərəzi –  Şəraitin formalaşdırdığı məqamlardan yararlanın. Hər olaydan xeyir tapmaq olar. Yeni tərəfdaşlarla işgüzar əməkdaşlığa başlamağın zamanıdır.
İşinizdə faydalı ola biləcək praktik məlumat və bilgilər əldə edin.
Sənədləşdirmə, icazə və rüsxətlərin alınması, məmurlarla görüş, sizin üçün mühüm məsələlərin həllinin asılı olduğu adamlarla danışıqlar üçün yaxşı zamandır. Dostlar sizi xoş xəbərlərlə sevindirəcəklər.
Yaxınlarınızda sizin üçün maraqlı xəbərlər var.

Əqrəb –  Maraqlı tanışlıqlar vəd edən gündür. Diqqətə layiq olan insanlar sizinlə maraqlanacaqlar. İstənilən görüş yaxşı keçəcək. İşgüzar fəaliyyət və maliyyə ilə bağlı məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Kommersiya fəaliyyəti gəlir verəcək.
Köhnə dostları yada salın. Onlardan birində faydalı məlumat və ya maraqlı təklif ola bilər.
Günün ikinci yarısında alış-veriş etmək olar.
İdmanla məşğul olmağı unutmayın.
Aktiv və gümrah olmağa çalışın.

Oxatan – Səhər saatlarında alacağınız məlumat və gələcək informasiyanı dəqiqləşdirin. İlkin təəssüratlar hansısa olay və ya konkret şəxs barədə fikir yürütmək üçün yetərli deyil.
Təmkinli olun, soyuqqanlı davranın.
Günün ikinci yarısında cari problemlərin çözülməsi ilə məşğul olun. İllüziyalara qapılmayın, boş vədlərə aldanmayın. Mümkün uğursuzluq qorxusu əlinizi işdən soyutmamalıdır.
Yaxınlarınızı anlamağa meylli olun.

Oğlaq – Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi gərginləşdirməyin. Səmimi, anlayışlı insan təsiri bağışlayın. Həmkarlar, tərəfdaşlar, müştərilər və iş yoldaşları ilə təmaslarda praqmat olun.
Rəqiblərin sizi üstələməsinə imkan verməyin.
Günün ikinci yarısında qəfil hücuma məruz qala bilərsiniz. Aqressiyanın qarşısını dərhal alın. Amma bunu düşünülmüş şəkildə edin. Sevdiyiniz insanla ünsiyyətdə köhnə umu-küsünü xatırlamayın, müzakirə etməyin.

Dolça – Çətin, qarışıq, xaosu xatırladan gündür. Əsla gözləmədiyiniz hadisələr baş verəcək. Hadisələrin məcrası nəzərdə tutmadığınız istiqamətə yönələ bilər. Nəzərdə tutduğunuz planları reallaşdırmaq üçün var qüvvənizlə çalışın.
Gününi ikinci yarısında əvvəlki səhvlərin fəsadlarını, yanlışlıqların nəticələrini aradan qaldırın. Texniki nasazlıq əlavə zəhmət tələb edir.
Həmkarlarla anlaşılmazlıqları çözün.
Dəyər verdiyiniz insanla münasibətlərdə qarşılıqlı etimad xüsusi əhəmiyyət kəsb edir.

Balıqlar – Tənbəl, astagəl, ətalətli olmayın. Diqqətiniz dağınıq olmasın. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan məsələlərin əslində ciddi əhəmiyyəti var.
Boş müzakirələr, mənasız söhbətlərdən uzaq olun.
Günün ikinci yarısında ən mühüm problemlərin həllinə başlayın. İkinci dərəcəli məsələləri müvəqqəti olaraq təxirə salın.
Danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO