İdman 16.10.2019 10:23

Ramin Məmmədzadə Stiven Siqalı Bakıya dəvət etdi - FOTO

 

Rusiyanın paytaxtı Moskvada tanınmış Hollivud ulduzu və aikido üzrə yeddinci dan qara kəmər sahibi Stiven Siqalın rəhbərliyi ilə 2-ci Beynəlxalq Budo Festivalı keçirilib. Festivalda ABŞ, Rusiya, Belçika, Niderland, İtaliya, Finlandiya, Polşa, Qazaxıstan, Belarus və digər ölkələri təmsil edən aikido ustaları iştirak ediblər. Ölkəmizi festivalda Azərbaycan Aikido Federasiyasının nümayəndəsi, 1-ci dan qara kəmər sahibi Ramin Məmmədzadə təmsil edib. 3 gün davam edən festivalda iştirakçılara aikido idman növünün incəlikləri barədə məlumatlar verilib. Tədbirdə müxtəlif fəndlərin yerinə yetirilməsi barədə nəzəri və praktik tövsiyələr verilməklə yanaşı, həmçinin aikido idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunub. Seminar başa çatdıqdan sonra Ramin Məmmədzadə və Stiven Siqal arasında danışıqlar olub. Danışıqlar zamanı Hollivud ulduzunun gələn il Azerbaycanda aikido üzrə ustad dərsləri keçməsi barədə razılıq əldə olunub.

Stiven Siqalın Azərbaycandakı nümayəndəsi olan Ramin Məmmədzadə tədbir haqqında “olimpiyadunyasi.com” saytına məlumat verərək tanınmış döyüş ustasının ölkəmizdə ikigünlük ustad dərsləri keçəcəyini qeyd edib. “Moskvada təşkil olunan tədbir sayca ikinci Budo Festivalı idi. Ötən il keçirilən festivalda 4 nəfərlik heyətlə təmsil olunmuşduq. Bu ilki festivalda isə ölkəmizi yalnız mən təmsil edirdim. Festival çərçivəsində iştirakçılara budo haqqında məlumatlar verildi, həmçinin aikido idman növü üzrə fəndlərin icrası əyani olaraq göstərildi. Festivaldan sonra Stiven Siqalla danışıqlar apardım. Məlumat üçün qeyd edim ki, mənim Stiven Siqalla dostluq əlaqələrim var. Mən həmçinin Stiven Siqalın Azərbaycandakı nümayəndəsiyəm. Seminardan sonra Hollivud aktyorunun Bakıya dəvəti ilə bağlı danışıqlar apardıq. Yəqin ki, biz gələn il Hollivud ulduzunu yenidən Bakıda görəcəyik. Onun paytaxtımızda ikigünlük ustad dərsləri keçəcəyi gözlənilir. İnanıram ki, bu tədbir yeniyetmə və gənc idmançılarımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, azərbaycanlı məşqçilər və idmançılar üçün də faydalı olacaq”, – deyə Ramin Məmmədzadə bildirib.

Məlumat üçün qeyd edək ki, tanınmış Hollivud ulduzu Stiven Siqal dəfələrlə Bakıda qonaq olub.

Azər Əlizadə

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO