İqtisadi 17.10.2019 21:00

SOCAR AQŞ Türkiyədə yeraltı qaz anbarları inşa edir

Oktyabrın 17-də İstanbulda SOCAR AQŞ ilə “China CAMC Engineering Co., Ltd. – IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsi arasında “Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi çərçivəsində müqavilə imzalanıb.

Rakus.az xəbər verir ki, müqaviləyə əsasən, SOCAR AQŞ Duz gölü ərazisində 40 quyunu qazaraq sifarişçiyə təhvil verəcək. Nəzərdə tutulan müqavilənin dəyəri 100 milyon ABŞ dolları civarındadır.

“China CAMC Engineering Co., Ltd. – IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsinin baş direktoru Mehmet Murat Kurtuluş bildirib: “Bu layihə iki şirkət və nəticədə Azərbaycanla Türkiyə arasında əməkdaşlığın yeni vüsət almasına, dərinləşməsinə təkan verəcək. “Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi Türkiyənin “mavi yanacağa” olan tələbatının davamlı təminatı baxımından müstəsna əhəmiyyətə malikdir. Bu missiyanın uğurla həyata keçirilməsində SOCAR AQŞ-nin də böyük rolu olacaq”.

SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev deyib: “SOCAR AQŞ ölkəmizdən məhsul və xidmətlərin ixracının artırılmasında dövlət siyasətimizə uyğun olaraq, qazma sahəsində xidmətlərin göstərilməsi istiqamətində regionda nəhəng tenderlərdə uğurla iştirak edir. Bugünkü müqavilənin imzalanmasına nail olmağımız çox qürurvericidir. Biz, qardaş Türkiyə dövlətinin enerji təhlükəsizliyinin başlıca sahələrindən biri hesab edilən yeraltı qaz anbarlarının tikintisində iştirakımızı yüksək qiymətləndirir və bu istiqamətdə gələcək əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.

Layihə çərçivəsində qazılacaq quyularda 4 milyard kubmetr təbii qazın ehtiyatda saxlanılması nəzərdə tutulur.

Türkiyədə quruda qazma bazarında özünə layiqli yer tutan ilk milli müəssisə olan SOCAR AQŞ Azərbaycan qazma sahəsinin 150 ildən çox zəngin tarixinə söykənərək bu layihənin icrası zamanı gənc türk mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına da öz töhfəsini verəcək.

Qeyd edək ki, SOCAR AQŞ 2007-ci ildə SOCAR və Abşeron Qazma Şirkətinin şirkətinin təsis etdiyi, kompleks qazma və quyu xidmətləri göstərən müştərək müəssisədir. Şirkətin göstərdiyi xidmət sahəsinə neft və qaz quyuların qazılması, quyuların layihələndirilməsi və planlaşdırılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması kimi fəaliyyətlər daxildir. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.

Hazırda SOCAR AQŞ Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır. Şirkətdə 1112 əməkdaş çalışır, onların da tam əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. SOCAR AQŞ Ukrayna və Banqladeşdə də fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirir.

2009-cu ildən etibarən şirkət Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors – IADC) üzvüdür. SOCAR AQŞ inteqrə olunmuş qazma və quyu xidmətlərinin göstərilməsi sahəsində API Spec Q2- Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikat ilə təltif olunub. SOCAR AQŞ regionda API Spec Q2 sertifikatı ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir.

SOCAR AQŞ ötən ilin noyabrında BMT Qlobal Sazişinə qoşulub.

Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma” MMC-dir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS