Maraqlı 18.10.2019 08:45

BÜRCLƏR – 18 oktyabr

Qoç– Diqqətli olun. Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa cəhd göstərin. İşgüzar tərəfdaşınız və ya həmkarınızın əhvalı pis ola bilər. Ona görə də soyuqqanlı davranmağınız gərəkdir.
Günün ikinci yarısında münasibətləri gərməyin. Münaqişə səbəbkarı olmayın. Danışıqlar və ya söhbət əsnasında problemli mövzuların təhlilinə başlamayın. Əhəmiyyətli məsələlərdən birinin həllini ertələmək olar.
Sevdiyiniz insanla ünsiyyətdə diqqətli, səbrli olun. Güzəştə meylli insan təsiri bağışlayın.

Buğa – Tərəfdaşlar və həmkarlarla münasibətləri daha da inkişaf etdirin. Yeni layihənin icrasına başlamaq, ideyanı gerçəkləşdirmək fikriniz varsa, aktiv olun. Süstlüyə qapılmayın. Qarşı tərəfi dinləyin, onun sözünü kəsməyin.
Günün ikinci yarısında ehtiyatsızlıqla söylənən kəlmə indiyədək çətinliklə yaradılan əlaqələri poza bilər. Yaxınlarınızla münasibətlərdə səmimi olun. Yalan danışmayın.
Yeni müttəfiq qazanmaq zamanıdır.

Əkizlər – Yaradıcılıq fəaliyyəti ilə məşğul olanları uğur gözləyir. Tərəfdaş və müttəfiqlərinizin qatıldıqları tədbirdə iştirak edin. Onlardan dəstək alacaq, yeni ideyaları paylaşmaq şansı əldə edəcəksiniz.
Təcili yola çıxmaq zərurətinin yarandığı situasiya formalaşa bilər. Sükan arxasında ehtiyatlı olun. Problemlər riski artır.
Günün ikinci yarısında dostların sözlərinə qulaq asın. Axşam saatlarını evdə keçirmək olar. Romantik görüşü təxirə salın. Vaxtınızı sevdiyiniz insana həsr edin.

Xərçəng – Asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir.
Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə yol verməyin.
Romantik təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla təmaslar sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni tanışlıqlar olacaq.
Axşam saatlarında normal istirahət edin.

Şir – Sayıq olun. Mühüm sənədlərin hazırlanmasında, hesabatların tərtibatında, həmkarlar və tərəfdaşlarla qarşılıqlı əlaqələrdə maksimal dərəcədə diqqətlə davranın. Texniki gecikmələr, avadanlığın sıradan çıxması istisna deyil.
Səbirli, təmkinli olun.
Günün ikinci yarısında həmsöhbətlərdən biri kobudluğu və tərbiyəsizliyi ilə sizi sinirləndirəcək. Cavabınız adekvat olmalıdır. İfrata varmayın.
Axşam saatlarında sizdən üzr istəyəcəklər.

Qız – Sağlam məntiqlə davranın, emosiyalara qapılmayın. Biznesdə və maliyyə məsələlərində riskli addımlar atmaq zamanı deyil. Nüfuzunuza zərbə vura biləcək insanlardan uzaq durun. Daşınmaz əmlak məsələlərinin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısı bankda hesab açmaq, kredit almaq üçün münasib deyil. Yaxınlarınızla təmaslarda fikir ayrılıqları volüntarist qərarların qəbuluna səbəb olmamalıdır.
Lakonik danışın. Sürətlə hərəkət edin.

Tərəzi – Stabilliyə nail olmaq istəyiniz sizi prinsiplərinizdən bir addım da geri çəkilməməyə vadar edir. Yaxşı taktikadır. Status-kvonu saxlamaq, situasiyaya nəzarət imkanlarını mühafizə etmək imkanları var. Tərəfdaşlarla fikir ayrılıqları və ixtilaflar istisna deyil.
Günün ikinci yarısında ruhdan düşməyin. Davranışınızda zəruri dəyişikliklər etməkdən boyun qaçırmağınız yaxınlarınızda müəyyən narahatlıq və nigaranlıq yaradacaq. Mövqeyinizi arqumentlərlə müdafiə edin.
Axşam saatlarını sevdiyiniz insanla əylənərək keçirin.

Əqrəb – İşlərinizi qaydaya salın. Hədəfləri və məqsədləri təftiş edin. Yaxınlarınızla münasibətlərdə son vaxtlar gərginləşmələr vardısa, emosiyalarınıza hakim olun.
Düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında həmkarlarla daha sıx təmaslar qurun. Kollektiv fəaliyyətdə fayda var. Böyük işlərə başlamaq üçün kiçik addım kifayətdir. Yetər ki, qərarlı olasınız.
İşdə ehtiyatsız açıqlamanız rəhbərliklə münasibətlərinizi gərə bilər. Yaxınlarınızdan inciməyin. İntiqam almağa da can atmayın.

Oxatan – Səhər saatları laübəli və qarışıqdır. Planlarda dəyişikliklər istisna deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün vaxt və resurs qıtlığı hiss olunacaq. Maneələri dəf edin, ruhdan düşməyin. Pessimizmə qapılmayın.
Günün ikinci yarısında həll edə bilməyəcəyiniz çətinliklər yoxdur. Problemlərin çözümünə kreativ yanaşın. Ağır işi yarımçıq qoyaraq istirahət etməyin. Qətiyyətli və iradəli olsanız, uğur sizi gözləyir.
Yaxınlarınızdan dəstək alacaqsınız.

Oğlaq – Hisslərinizə hakim olun, spontan addımlar atmayın. Emosiyalar məntiqi üstələməməlidir. Heç bir halda aqressiv davranmayın, kobudluq etməyin. İşdə rəhbərliklə, tərəfdaşlarla, həmkarlarla rəvan danışın.
Günün ikinci yarısında daha təcrübəli həmkarlarla danışın. Onlardan məsləhət almaqdan çəkinməyin. Yaxşı bələd olmadığınız insanlarla söhbətdə əvvəlcədən bəlirlənmiş çərçivədən kənara çıxmayın.
Sevdiyiniz insanla ünsiyyətdə danışmaqdan daha çox qulaq asmağa üstünlük verin.

Dolça – Hazırda məşğul olduğunuz işi yarımçıq qoyaraq yeni planların gerçəkləşdirilməsinə başlamayın. Rəqibləri üstələmək üçün ətrafınızdakı situasiyanı tam dəyərləndirin.
Günün ikinci yarısında ən çətin şəraitdə belə, təmkinli davransanız, uğur qazanacaqsınız. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün daha aktiv davranmağınız gərəkdir. Kiçik problemlərə vaxt sərf edərək diqqətinizi əsas məsələdən yayındırmayın.
Yaxınlarınızla münasibətlərdə kritik olun. Kimsəni ideallaşdırmayın. Əks təqdirdə gözləntiləriniz sizi aldada bilər.

Balıqlar – Adi, rutin gündür. Ekstraordinar heç bir hadisə baş verməyəcək. Yaşanacaq olayların bir çoxunu əvvəlcədən təxminləmək mümkündür. Buna rəğmən maliyyə və maddi məsələlərlə bağlı çətinliklərin yaranması istisna deyil.
Günün ikinci yarısında gərəkli insanlarla əlaqələri işə salsanız, istənilən sahədəki çətinliyi aradan qaldırmaq olar. Şəxsi münasibətlərdə önəmli addım atmazdan əvvəl dəyər verdiyiniz insanın cavab reaksiyasını proqnozlaşdırmağa çalışın. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO