Gündəm 20.10.2019 14:12

YAP antikonstitusion çağırışlarla əlaqədar bəyanat verdi

Yeni Azərbaycan Partiyasının oktyabr ayının 19-da Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanatı verib.

Rakus.az xəbər verir ki, bəyanatda deyilir: “Oktyabr ayının 19-da bəzi destruktiv qruplar Bakı şəhərində razılaşdırılmamış küçə yürüşləri keçirməyə və asayişi kobud şəkildə pozmağa cəhd göstərmişdir. Hüquq-mühafizə orqanları tərəfindən bir neçə yüz nəfərin iştirak etdiyi qanunsuz yürüşün qarşısı alınmışdır.

Ölkə daxilindəki destruktiv qruplar və xaricdə sığınacaq tapmış anti-azərbaycan elementləri küçə yürüşünə cəhd zamanı və yürüşün qarşısı alındıqdan sonra sosial şəbəkələrdən istifadə edərək konstitusiyaya zidd çağırışlar etmiş, Azərbaycanın qanunlarını kobud surətdə pozmaq hallarına yol vermişlər.

Yeni Azərbaycan Partiyası həm razılaşdırılmamış küçə yürüşlərinə cəhd göstərilməsini, həm də qanuni hakimiyyətin devrilməsinə dair çağırışları ölkənin konstitusion quruluşuna qəsd kimi qiymətləndirir və qətiyyətlə pisləyir.

Destruktiv və xaricdən qızışdırılan qrupların oktyabr ayının 19-da Bakı şəhərinin mərkəzində, insanların gur olduğu yerlərdə təxribatlat törətmək cəhdlərinin və antikonstitusion çağırışlarının əsl mahiyyəti ölkədə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanı xaosa sürükləməkdən ibarətdir. Azərbaycanın inkişafından, dünyadakı rolunun artmasından narahat olan dairələrin ölkəmizə qarşı müxtəlif təxribatlar təşkil etməklə inkişafımızın qarşısını almağa, sabitliyi, əminamanlığı və insanların rahatlığını pozmağa cəhdlər göstərməsi əvvəldən məlumdur. Dünənki təxribatlar və çağırışlar  Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun rəhbərliyinin bütünlüklə destruktiv qrupa çevrildiyini, hüquq müstəvisindən kənara çıxdığını və anti-azərbaycan dairələrin əlində təhlükəli vasitəyə çevrildiyini bir daha göstərir.

Məmnunluq hissi ilə qeyd etmək yerinə düşər ki, Bakı sakinlərinin və ölkənin əhalisinin təxribatçıların qanunsuz hərəkətlərinə və çağırışlarına etinasızlığı destruktiv qrupların xalq arasında dayağının olmamasından, bu cür təxribatları dəstəkləmədiyindən və qətiyyətlə pisləməsindən xəbər verir.

Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ölkədəki inkişafı, sabitliyi, əminamanlığı qətiyyətlə dəstəklədiyinə, Prezident İlham Əliyevin və onun yeritdiyi siyasətin ətrafında sıx birləşdiyinə dərindən inanır, bütün vətəndaşları xalqla iqtidarın birliyinin keşiyində sayıq durmağa səsləyir. Eyni zamanda hüquq mühafizə orqanlarını, dövlətin müvafiq qurumlarını destruktiv elementlərin təxribat xarakterli əməllərinə və çağırışlarına ədalətli hüquqi qiymət veriməyə çağırır.

Yeni Azərbaycan Partiyası və onun çoxminli üzvləri bəyan edir ki, bütün Azərbaycan xalqı kimi YAP ölkəmizin milli maraqlarının, inkişafın, sabitliyin və xalqın firəvan həyatının keşiyindədir, həmin dəyərlərə qarşı çevrilmiş istənilən təxribatlara və təxribatçılara qanun çərçivəsində cavab verməyə, dövlətçilik naminə birlik və əzəmətini  nümayiş etdirməyə hazırdır”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO