Gündəm 22.10.2019 15:54

Xalq dağıdıcı müxalifətin yalan vədlərinə inanmır – Deputat

“Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir və burada sərbəst toplaşmaq azadlığı hər bir kəsin hüququdur. İstənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər və onlar üçün müvafiq yerlər ayrılır, hətta iştirakçıların təhlükəsizliyi də təmin olunur”.

Rakus.az xəbər verir ki, Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib.

Qeyd edib ki, 8 oktyabr tarixində Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək istəyən özünü müxalifət nümayəndələri adlandıran pozucu qüvvələr bu rəsmən icazə verilən razılıqdan sui-istifadə etdilər. Onlar düşünülmüş şəkildə nəqliyyatın hətəkətini iflic vəziyyətinə salaraq, şəhərin mərkəzində qarışıqlıq yaratmağa çalışdılar, vətəndaşların təhlükəsizliyini sual altına aldılar. Bu dəfə də asayiş keşikçiləri səbr və təmkinlə qanunazidd əməllərin qarşısını aldılar.

Məqsədinə çatmayan pozucu müxalifət sosial şəbəkələr vasitəsilə icra hakimiyyətinin icazə verdiyi yerdə yox, əhalinin daha gur olduğu yerlərində–xüsusilə, metro stansiyalarının qarşısında mitinq keçirmək üçün çəhd etdilər.

Demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək üçün var qüvvələri ilə səfərbər olan dağıdıçı müxalifətin istəyi, arzusu ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salmaq, sabitlik adasına çevrilən ölkəmizin dincliyini pozmaqdır.

Milli Şuranın oktyabr ayının 19-da Bakıda təşkil etdiyi icazəsiz aksiyanın xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi bir daha təsdiq etdi ki,dağıdıcı müxalifətin fəaliyyəti də sözləri kimi şoudan başqa bir şey deyildir. Ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur. Xalq dağıdıcı müxalifətin yalan vədlərlə dolu pafoslu sözlərinə inanmır və bu faktor sabitliyi şərtləndirən əsas amildir. Ona görə də bu radikal ünsürlərin Azərbaycanda sabitliyi pozmaq, ölkəmizin inkişafına mane olmaq cəhdləri heç bir nəticə verməyəcək. Təxribat xarakterli mitinqin başında duran Əli Kərimli isə vətəndaşları qanunsuz aksiyaya təhrik etdiyinə, onların təhlükəsizliyini sual altına aldığı üçün, ictimai asayişi pozduğuna görə qanun qarşısında ciddi şəkildə cavab verməlidir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO