Gündəm 28.10.2019 14:12

Paşazadə beynəlxalq konfransda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 28-30 oktyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Səfər müddətində QMİ sədri KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən keçirilən bir sıra mühüm toplantılarda iştirak edəcək.

Rakus.az xəbər verir ki, QMİ-dən verilən məlumata görə, KAİSİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurasının üzvü olan Şeyxülislam A.Paşazadə ilk öncə KAICIID-in Tərəflər Şurası və Direktorlar Şurasının Mərkəzin yarandığı gündən bəri ilk müştərək iclasına qatılacaq. Birgə iclasdan sonra İdarə Heyətinin 21-ci növbəti sessiyası keçiriləcək, iclasda Mərkəzin son dövr üzrə fəaliyyəti və qarşıdan gələn konfransı müzakirə olunacaq.

QMİ sədri A.Paşazadə 30-31 oktyabr tarixlərində keçiriləcək “Sözün Gücü: nifrət nitqinə qarşı mübarizədə dinin, medianın və siyasətin rolu” adlı beynəlxalq konfransda iştirak edəcək. Burada KAICIID-in beynəlxalq səyləri və Ərəb Dünyasında Dialoq və Əməkdaşlıq üçün Dinlərarası Platforma və Əməkdaşlıqın birgə dinc yaşama, bərabər vətəndaşlıq və nifrət nitqinə qarşı yönəlik səylərinin müzakirə olunacağı nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Ərəb Dünyasında Dialoq və Əməkdaşlıq üçün Dinlərarası Platforma, bölgədəki müsəlmanlar və xristianlar üçün ilk dinlərarası dialoq platformasıdır. Həmin platforma bölgənin 23 Müsəlman və Xristian dini lideri tərəfindən təsdiqlənmiş “Təsis Sənədi” ilə formalaşdırılmışdır.

Konfransda 200-ə yaxın dini lider, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də siyasətçılər toplaşacaqlar. Konfransın əsas məruzəçiləri Avstriya Respublikasının keçmiş Prezidenti Hainz Fişer və BMT Baş katibinin Soyqırımların qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adam Diengdir. Konfrans dünyanın müxtəlif bölgələrindən dini liderlər, dini qurumların yüksək nümayəndələri, siyasətçilər və Beynəlxalq Təşkilatların rəhbərləri arasında fikir və təcrübə mübadiləsi, birgə yanaşı yaşama, bərabər vətəndaşlıq və nifrət nitqlərinə qarşı mübarizə platforması kimi çıxış etmək məramı daşıyır.

Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq qurumdur. Təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə ehtiramın artırılmasına yönəlmiş missiyası 5 qitə, 25 ölkədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır.

Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan, din və dövlət xadimlərinin birgə təmsil olunduğu yeganə hökumətlərarası təşkilatdır.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO