Tarixin saxtalaşdırılması dünyada ikili standartın göstəricisidir – Deputat
“ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi 296 saylı qətnamə qərəzli olmaqla dünyada ikili standarların hökm sürdüyünü bir daha təsdiqləyir. Çünki Ermənistanın regionda insanlığa qarşı amansız hərəkətlərinə susan bu qüvvələr tarixi saxtalaşdırmaqla heç bir siyasi və hüquqi əsası olmadan belə bir qərar qəbul edir”.
Rakus.az xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.
Bildirib ki, o dövrün tarixini bir daha araşdırmaq üçün Türkiyənin birgə komissiya yaratmaq təklifini qəbul etməməklə saxtakarlıq nümayiş etdirmək və həqiqəti danmaq Ermənistan rəhbərliyinin çirkin niyyətinin göstəricisidir. Əfsuslar olsun ki, dünyada insanlığa və humanizmə qarşı çıxan qüvvələri hələ də dəstəkləyənlər var.
Sonda isə bildirib: “Biz tarixi həqiqətləri saxtalaşdıran istənilən qərarı qəti surətdə pisləyirik”.