İqtisadi 31.10.2019 20:39

Mehriban Əliyeva Moskvaya səfər edəcək

Noyabrın 22-23-də Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.

Rakus.az xəbər verir ki, noyabrın 23-də VDNX-nin Kosmonavtika və Aviasiya Mərkəzində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko forumun plenar iclasını keçirəcəklər.

Tədbir Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən “Roskonqres” Fondunun yardımı ilə təşkil ediləcək.

Rusiya-Azərbaycan Regionlararası Forumu dialoq üçün unikal bir platformadır. Noyabrın 22-də forumun işgüzar proqramını Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov açacaqlar.

Proqrama Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının iclasları, habelə nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə işgüzar regional əməkdaşlığın genişləndirməsinə dair dəyirmi masalar daxildir.

Rusiya Prezidentinin müşaviri Anton Kobyakov deyib ki, forum Rusiya ilə qonşu respublikaların, o cümlədən, Qazaxıstan, Tacikistan, Azərbaycan, Qırğızıstan arasında əlaqələrinin inkişafına yönəlmiş addımların davamıdır.

“Buna görə də əsas məqsəd hökumət və iki dövlətin biznes nümayəndələri arasında sərbəst ünsiyyət üçün şəraitin yaratmaqdır”, – A.Kobyakov əlavə edib.

Rusiyanın İqtisadi İnkişaf naziri Maksin Oreşkin isə qeyd edib ki, ölkələr arasındakı yüksək səviyyəli qarşılıqlı əlaqə təkcə müvafiq qurumların birgə işi deyil:

“Bu, həm də mövcud problemlərin həllində və əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməkdə fəal iştirak edən birliyin qətiyyəti ilə bağlıdır. Rusiya və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini və kənd təsərrüfatı sektorunda vahid əməkdaşlıq sisteminin formalaşmasını davam etdirəcək.

Ölkələrimizin qarşısında nəqliyyat, texnoloji modernləşdirmə sahəsində böyük vəzifələr durur. Turist axınının və qarşılıqlı səfərlərin çoxalması istiqamətində işlər görülür. Mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi davam edir”.

Xatırladaq ki, 2018-ci ildə keçirilən forum Rusiya və Azərbaycan dövlət orqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, təhsil və elm müəssisələrinin, medianın mindən çox nümayəndəsini bir araya gətirmişdi.

Forum zamanı 17 müqavilə imzalanmışdı.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO