Siyasi 02.11.2019 09:58

İcmanın narazılığı parlament üzvünə çatdırıldı

Avstraliyada yaşayan Azərbaycan icmasının nümayəndələri Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermot ilə görüşüblər.

Rakus.az xəbər verir ki, görüşdə Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) rəhbəri Mikayıl Oyta, Azərbaycan Ticarət-Sənaye Palatasının Avstraliya üzrə nümayəndəsi Nizami Cəfərov və digər soydaşlarımız iştirak ediblər.

Xatırladaq ki, deputat Hyu MakDermot seçildiyi ərazidə yaşayan ermənilərin təsiri altına düşərək bu yaxınlarda işğal olunmuş ərazilərimizə səfər etməsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yeni Cənubi Uels parlamentində səsləndirdiyi qərəzli bəyanatları ilə Azərbaycan mətbuatında tanınıb.

Məsələ ilə əlaqədar, Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Mikayıl Oyta sentyabr ayında deputata etiraz məktubu göndərərək onun Azərbaycan icmasının nümayəndələri ilə görüşməsini xahiş edib.

Məktuba cavab verən deputat Yeni Cənubi Uels ştatında yaşayan Azərbaycan və erməni icmalarının həyatı ilə bağlı məsələlərin onu ciddi şəkildə maraqlandırdığını bildirib. Qeyd edib ki, ona ünvanlanmış məktubda qaldırılan məsələləri müzakirə etmək üçün o, AAA rəhbərliyi ilə görüşməyə hazırdır. Belə ki, deputatı olduğu ərazidə yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş onun üçün çox maraqlıdır.

Noyabrın 1-də baş tutan görüş barədə Mikayıl Oyta və Nizami Cəfərov bildiriblər ki, Azərbaycan icmasının səkkiz nəfər üzvü görüşdə iştirak edib. Hyu MakDermotun işğal olunmuş ərazilərimizə səfəri və ölkəmizlə bağlı səsləndirdiyi qərəzli fikirlərin Avstraliyada yaşayan Azərbaycan icmasının ciddi narahatlığına və narazılığına səbəb olduğu bildirilib. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilərək erməni silahlı qüvvələrinin ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal etmələri və münaqişə nəticəsində bir milyona yaxın azərbaycanlının öz dədə-baba torpaqlarından didərgin salındıqları deputatın diqqətinə çatdırılıb. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların erməni qoşunlarının Azərbaycan ərazilərini tərk etməsi barədə qəbul etdiyi qətnamələrə və digər sənədlərə baxmayaraq, Ermənistan rəhbərliyi heç bir konstruktiv addım atmır.

Görüşdə, eyni zamanda, Avstraliya hökumətinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qəti şəkildə dəstəklənməsinə dair rəsmi mövqeyi də avstraliyalı deputatın diqqətinə çatdırılıb.

Bununla yanaşı, avstraliyalı deputata ölkəmizin tarixi, xalqımızın qonaqpərvərliyi, qədim və zəngin mədəniyyəti, Ermənistandan fərqli olaraq multikulturalizm dəyərləri ilə seçilməsi barədə ətraflı məlumat verilib.

Avstraliyada yaşayan Azərbaycan icması barədə deputata məlumat verən soydaşlarımız bildiriblər ki, onlar bu ölkədə sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətindədirlər. Qeyd olunub ki, icma üzvləri Avstraliya ilə Azərbaycan arasında sıx dostluq münasibətlərinin formalaşmasına və əlaqələrin genişlənməsinə çalışırlar.

Azərbaycan icmasının nümayəndələri ilə görüşdən çox məmnun olduğunu qeyd edən Hyu MakDermot bildirib ki, bu görüş ona Azərbaycan, bu ölkədə baş verən proseslər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumat əldə etmək imkanı yaradıb. Bilmədiyi məsələlər barədə məlumatları Azərbaycan icmasının çatdırması onu çox məmnun edər. Deputat bundan sonra soydaşlarımızın onunla sıx əlaqə saxlamasını xahiş edib.

Görüşdə gələcəkdə baş verə biləcək narazılığın və informasiya səhvlərinin qarşısını almaq üçün tərəflər arasında təmasların bundan sonra mütəmadi olaraq təşkili barədə razılıq əldə edilib.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO