Paşınyanın təklifi Ermənistanın işğalçı ölkə olduğunu təsdiqləyir – Deputat
“Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi son dərəcə gülünc səslənir. Çünki dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınan əbədi və əzəli torpağımızda başqa bir dövlətin bu istəyi qanunsuz olmaqla torpaqlarımıza göz tikdiyinin bariz nümunəsidir”.
Rakus.az xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.
Bildirib ki, baş nazirin bu təklifi Ermənistanın işğalçı ölkə olduğunu və faşist siyasəti yeritdiyini bir daha təsdiqləyir.
Reallıq isə budur ki, 1991-ci ilin noyabrın 26-dan Dağlıq Qarabağ adlı inzibati bir qurum olmadığından orada belə bir tədbirin keçirilməsi beynəlxalq qanunlara ziddir.
Millət vəkili sonda qeyd edib ki, Nikol Paşinyan bu sərsəm təklifi ilə Ermənistanda durmadan itən nüfuzunun bərpasına çalışsa da hiyləgər niyyəti və faşist təfəkkürü ilə istəyinə nail ola bilməyəcək.