Elm və təhsil 05.11.2019 14:38

İlk dəfə robotlar biznes təhsildə tətbiq olundu

Bakı. Rakus.az

Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə birgə həyata keçirdiyi Neft və Qaz Menecmenti üzrə MBA proqramı çərçivəsində Azərbaycanda ilk dəfə “Dizayn təfəkkürü” dərsində robotlardan istifadə edilib.

Bakı Ali Neft Məktəbində “Dizayn təfəkkürü” dərsini tədris edən Rüfət Əzizov bu cür dərslərin Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində keçildiyini vurğulayıb. O, dizayn təfəkkürünün 5 mərhələdən ibarət olduğunu bildirib:

  • I mərhələdə hər hansı bir problemin həlli istiqamətində qət edilən yol müəyyənləşir. Bu zaman müştərini tanımaq və onun istəklərini nəzərə almaq lazımdır;
  • II mərhələdə toplanmış məlumatlar əsasında problemin nədən ibarət olduğu müəyyənləşir;
  • III mərhələdə problem üçün süzgəcdən keçmiş ideyalar və real həll yolları toplanılır;
  • IV mərhələdə süzgəcdən keçirilmiş ideyalar əsasında prototiplər hazırlanır;
  • V mərhələdə prototiplər testdən keçirilir.

Rüfət Əzizov dərs çərçivəsində tələbələr üçün bir neçə praktiki biznes-keys barədə fikirlərini bölüşüb. “Apple”, “Amazon”, “BP”, “P&G”, ”Starbucks”, “Toyota”, “Facebook”, “McDonald`s”, “Sinqapur Hava Yolları” kimi şirkətlərdə innovasiyaların yaranması, dizayn təfəkkürünün tətbiqi yolları və dizayn təfəkkürü sayəsində şirkətlərin necə inkişaf etməsi barədə tələbələrlə birgə analiz və müzakirələr aparılıb.

Dərsin sonunda tələbələr robotlar vasitəsilə praktiki biznes oyun keçiriblər. Tapşırığa əsasən, tələbələr zəlzələ zamanı dağıntılar altında qalan insanları xilas edən robotun prototipini qurmağa çalışıblar. Rüfət Əzizov bildirib ki, bu cür praktiki metodla tələbələrin canlı emosiyaları, real ünsiyyət qabiliyyəti, real planlama vərdişləri, idarəetmə bacarığı, komanda ilə birgə problemi həll etmə imkanları üzə çıxır və bu cür yanaşma nəticəsində tələbələr səhvlərini daha aydın görə və nəticə çıxara bilirlər.

Məlumat üçün bildirək ki, Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə Neft və Qaz Menecmenti üzrə birgə MBA proqramı barədə Əməkdaşlıq Razılaşması 2019-cu ilin aprelində imzalanıb. Razılaşmanın məqsədi Beynəlxalq Biznes Məktəbləri (IBS) vasitəsi ilə GBS və BANM arasında tədris və akademik sahələrdə tərəfdaşlıqdır. Əməkdaşlıqdan əsas gözlənti BANM tələbələrinin daha çox sosial bacarıqlarının inkişafı və bu bacarıqların praktiki biznesdə tətbiq olunmasına nail olmaqdır.

GBS İsveçrənin nüfuzlu tədris müəssisələrindən biridir və dünyanın altı şəhərində bakalavr, magistratura və doktorantura üzrə təhsil verir.

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub (FOTO)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS