Siyasi 07.11.2019 13:03

DİDK-da kollegiya iclası keçirildi - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.

Rakus.az xəbər verir ki, toplantını giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyətinə nəzər salıb, diasporla işin düzgün qurulmasının istiqamətləri və qarşıda duran yeni hədəflər barədə danışıb.

O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan diasporuna qayğısı, Dövlət Komitəsinə münasibəti öz müsbət nəticələrini verir: “Bizim işimiz, həmçinin diasporumuzun səmərəli fəaliyyəti ölkəmizin müstəqilliyinin qorunması ilə birbaşa bağlıdır. Biz bu işdə məsuliyyətimizin nə qədər böyük olduğunu bilirik və strateji hədəflərimizə çatmaq yolunda var gücümüzlə çalışırıq”.

Diqqətə çatdırılıb ki, qısa müddətdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaranıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçün mühüm addımlar atılıb. Diaspor təşkilatları və ayrı-ayrı şəxslər Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, heç bir əsası olmayan erməni iddialarının ifşası ilə əlaqədar böyük işlər görürlər. Diasporumuzla real və virtual əlaqələrin daha da möhkəmlənməsinin nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on minlərlə soydaşımız özünü bu xalqın və bu vətənin bir parçası kimi hiss edir.

İclasda “İnsan resursları, hüquq və sənədlər iş” və “Təbliğat, informasiya, və analitik təhlil” şöbələrinin fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Bildirilib ki, son 2 il ərzində 8 normativ-hüquqi sənəd layihəsi hazırlanıb, sənədlərin elektron bazası formalaşdırılıb, informasiya və təbliğat işinin təşkili istiqamətində Media, İKT Mərkəzi formalaşdırılıb, rəsmi internet saytı üç dildə fəaliyyət göstərir və 98 ölkədən izlənir. Mərkəzə daxil olan infoqrafik xəritədə 49 ölkədə fəaliyyət göstərən 500-dən çox diaspor təşkilatı haqqında informasiya toplanıb, son dövrlər elektron müraciətlərin sayı artıb və operativ şəkildə cavablandırılır. Məruzələrdə sənəd dövriyyəsi, Diaspor TV və Diaspor FM-in fəaliyyəti, sosial şəbəkələrdə işin qurulması, Komitədə yaradılan informasiya bazası və ondan istifadə və s. məsələlər konkret rəqəmlərlə diqqətə çatdırılıb.

Dövlət Komitəsinin həyata keçirdiyi irihəcmli layihələr, informasiya və təbliğat sahəsində görülən işlər, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunan Strateji Yol xəritəsinin həyata keçirilməsində kollektivin məsuliyyəti, hər bir şəxsin peşəkar vərdişlərinin daha da təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub, statistik göstəricilər təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS