“Sevilya” derbidə qalib gəldi
İspaniya La Liqasında XIII tura yekun vurulub.
Rakus.az xəbər verir ki, turun son günündə 5 matç baş tutub.
“Atletiko” “Espanyol”u, “Malyorka” “Vilyarreal”ı eyni – 3:1 hesabı ilə məğlub edib. “Atletik” isə “Levante”ni minimal fərqlə üstələyib. “Xetafe” və “Osasuna” qolsuz sülhə imza atıb.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sevilya” La Liqada “Betis”lə qarşılaşıb və görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, növbəti turun oyunları noyabrın 23-25-də keçiriləcək.
İspaniya La Liqası
XIII tur
10 noyabr
“Xetafe” – “Osasuna” – 0:0
“Atletiko” – “Espanyol” – 3:1
Korrea, 45, Morata, 58, Koke, 90 – Darder, 38
“Atletik” – “Levante” – 2:1
Muniayn, 57, Kapa,88 – Postiqo, 45
“Malyorka” – “Vilyarreal” – 3:1
Junior, 13 (pen.), Rodriges, 24 (pen.), Kubo, 53 – Kazorla, 49 (pen.)
“Betis” – “Sevilya” – 1:2
Moron, 45 – Okampos, 13, De Yonq, 55