Saxlama kameraları yeniləndi – Bakı Avtovağzalında - FOTO
Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib.
Rakus.az xəbər verir ki, Avtovağzal Kompleksindən verilən məlumata görə, saxlama kameraları həftənin 7 günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir. Kameralardan istifadə ödənişlidir. Yüklərin təhvil və təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənəd göstərilməlidir. Yüklərin tərkibinə görə Bakı Avtovağzalı məsuliyyət daşımır.
Saxlama kameralarına tezalışan, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qadağandır. Yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1 gün kimi hesablanır. Sərnişin yükü təqdim etdikdən sonra jeton verilir. Jetonun itirilməsinə görə isə 5 manat məbləğində cərimə tətbiq olunur.