Maraqlı 12.11.2019 08:45

BÜRCLƏR – 12 noyabr

Qoç – O qədər də yaxşı gün deyil. Səhər ətrafınızdakılarla qovğa edəcək, mübahisələri ürəyinizə salacaqsınız. Bir çox Qoçlar bu gün yaman küsəyəndirlər. Yaxınları isə bunun fərqinə varanda artıq iş-işdən keçmiş olacaq. Sevgililər arasında mübahisələr çox xırda məsələlər üstündə yaranır.
Bürcün bir çox nümayəndələri bu gün yaxşıca qazana, maliyyə vəziyyətlərini qaydaya sala bilərlər. Digərləri isə uğurlu alış-veriş edəcək, sərfəli sövdələşmələr bağlayacaqlar.

Buğa – Bu gün dünənkindən yaxşıdır, amma o qədər də parlaq deyil. Emosional fon gərgindir, əhvalınız dəqiqəbədəqiqə dəyişir, heç özünüz də bilmirsiniz, nəyə sevinir, nəyə kədərlənirsiniz. Günorta ünsiyyət üçün ən çətin vaxtdır, özünüzdən baş açmadığınız üçün də ətrafınızdakılarla mübahisələr edirsiniz.
Axşam isə vəziyyət kökündən dəyişir. Bu vaxt gələcək üçün planlar qura, gününüzün yekunlarını analiz edə bilərsiniz. Həm özünüzün, həm ətrafınızdakıların hərəkətlərini düzgün qiymətləndirir, nə onların günahını öz üzərinizə götürür, nə də məsuliyyəti başqalarının üstünə atırsınız.

Əkizlər – Gələcək planlarınızı bir daha gözdən keçirmək üçün əla gündür. Çox güman ki, nələrisə dəyişmək qənaətinə gələcəksiniz. İşgüzar danışıqlar əla keçir, xüsusilə qadınlarla: onları sözsüz də başa düşür və özünüzün haqlı olduğunuza bir-iki dəqiqənin içində inandırırsınız.
Emosional fon xoşdur. Əgər hansısa çətinlik yaranırsa, təmkininizi pozmursunuz. Sakitliyiniz səbəbindən şəraitdən ən düzgün çıxış yolunu tapırsınız. Sizin üçün bir təhlükə var: tələsik qərar verir, faktlardan çox, hamının qəbul etdiyi yanlışlıqlara əsaslanırsınız.

Xərçəng – Bu gün sizə böyük müvəffəqiyyətlər vəd edir. Mürəkkəb məsələləri çox qısa bir zamanda həll edə bilərsiniz. Çoxdan üzərində düşündüyünüz plan və ideyalarınızı reallaşdırmağa başlaya bilərsiniz. Bunun üçün əla şərait yaranıb. Nüfuzlu şəxslərlə  ünsiyyət qurmaq olar.
Şəxsi cəbhədə də işlər pis deyil. Yaxşılığa doğru qlobal dəyişikliklərdən danışmaq hələ tezdir. Amma siz düzgün istiqamətdə irəliləyir və yaxşı başa düşürsünüz ki, seçdiyiniz yoldan sizi kimsə çəkindirə bilməz.

Şir – İş üçün, xüsusilə də entuziazm və səy tələb edən iş üçün elə də münasib gün deyil. İşgüzarlığınız sıfır həddindədir, hərdən nəinki iş görməyə, hətta düşünməyə də tənbəllik edirsiniz. Amma cari işlərin öhdəsindən asanlıqla gəlirsiniz – sadəcə, vərdiş hesabına. Fikriniz isə başqa yerdədir.
Ünsiyyət zamanı bəzi çətinliklər, əzizlərinizlə fikir ayrılıqları mümkündür. Sizə adəti üzrə olduğundan daha çox sərbəstlik vıə müstəqillik gərəkdir, ətrafınızdakılar isə bunu başa düşmək istəmirlər. Sizin yarınız diqqətsizlikdən narazı olacaq, amma xoşbəxtlikdən, bu, uzun sürməyəcək.

Qız – Sözlərinizdə diqqətli olun.  Nə qədər anlaşılmaz danışsanız, bir o qədər yaxşıdır. Birbaşa suallara konkret cavab verməkdən çəkinin. Bu gün ağzınızdan çıxan hər bir kəlmədən əleyhinizə istifadə edə bilərlər. Hətta tam etibarlı hesab etdiyiniz insanla da söhbət edərkən ehtiyatı əldən verməyin, sirlərinizi açmayın.
Doğmalarınıza qayğı və hörmətlə yanaşın, onların səbrini tükətməyin. Kimisə tənqid etməyin. Bu gün çətin şəraitə düşən insanlar məhz sizin dəstəyinizə ehtiyac duyacaqlar.

Tərəzi – Müsbət tendensiyaların təsiri bu gün çox güclüdür, amma onlardan istifadə etməyə tələsin. Çünki axşama doğru onlar tamamilə yoxa çıxa bilər. Bu günə istənilən xarakterli görüş təyin edə bilərsiniz. Ancaq bunların hamısına ciddi hazırlaşın. İti ağlınıza və improvizasiya etmək qabiliyyətinizə o qədər də güvənməyin, bu gün fikriniz “Bağdadda xurma dərir”.
Hesablamalar və rəqəmlərlə bağlı işlər isə xüsusi diqqət tələb eir. Hər şeyi üç-dörd dəfə təkrar-təkrar yoxlayın. Xırdaca bir səhv sizə çox baha başa gələ bilər. Bahalı, gözlənilməz və bu səbəbdən də çox xoş hədiyyələr ala bilərsiniz.

Əqrəb –  Cəsur və riskli ideyanız həddən artıq uğurlu alınır. Sizə bir zamanlar fantastik görünən bir planı reallaşdıra bilərsiniz. Rəqibləriniz paxıllıqdan çatlayır, tərəfdaşlarınız isə həvəslə sizin liderliyiniz altında çalışırlar. Müvəffəqiyyət başınızı azacıq gicəlləndirsə də, bundan sonranı düşünməyi də unutmursunuz. Yeni, daha yüksək və layiqli məqsədlər təyin edirsiniz.
Özünüzü qalib hesab edirsiniz, bu isə qarşı cinsdə sizə qarşı olan marağı gücləndirir. Sizinlə tanış olmaq, hətta bütün ömrünü ömrünüzə calamaq istəyənlərin sayı getdikcə artır. Ancaq bu gün sağlam düşüncəniz sizi darda qoymur, odur ki, özünüzü  düşünülməmiş hərəkətlərdən sığortalanmış hesab edə bilərsiniz.

Oxatan – Düzgün qərarlar qəbul edərək onları həyata keçirməyin vaxtı gəlib çatdı. Hələlik gələcək uğurlarınız üçün baza yaradırsınız. Amma nə qədər vacib olduğunu nəzərə alaraq bunu ciddi şəkildə həyata keçirməkdəsiniz. Sənədlərin hazırlanmasında çox diqqətli olun: bu gün buraxdığınız cüzi bir səhv gələcəkdə çox böyük və ciddi problemlər yarada bilər.
Şəxsi həyatınızda nəyisə dəyişmək şansınız olacaq. Yeni tanışlıq da qura bilərsiniz. Sizdən tələb olunan – sosial aktivlikdir. İctimai tədbirlərdən qaçmayın, o zaman sizin üçün vacib olan insanların diqqətini qazana bilərsiniz.

Oğlaq – Hər şey əladır. Həvəslisiniz, çətin problemlərin öhdəsindən asanlıqla gəlir, bir çox suallara cavab tapırsınız. Bəzən başqalarının işlərini də görməli olursunuz, amma şikayət etmirsiniz, ətrafdakılara yardım etmək xoşunuza gəlir.
Maliyyə işlərini qaydaya sala, yeni gəlir mənbələri tapa, yaxud əla yatırım edə bilərsiniz. Sizi məhz məşğul olduğunuz işlər maraqlandırdığından bunların öhdəsindən tez gəlirsiniz. Tezliklə mükafat alacağınıza ümid edə bilərsiniz.

Dolça – Yaxşı olar ki, bu günü sakitlikdə keçirəsiniz, stresli şəraitlərdən qaçın, əsəb sisteminizi yükləməyin. Gününüzü planlaşdırarkən bu məqamları mütləq nəzərə alın: əgər hər dəqiqə tələssəniz, tamamilə lazım olmayan məqamda “partlaya” bilərsiniz. Dincəlmək və güc toplamaq üçün özünüzə vaxt ayırın.
Qadınların dəstəyi bu gün çox yerinə düşər. Məhz onlar sizi əla anlayır, sizə mənəvi dəstək verirlər. Teatra, konsertə, rəsm sərgisinə gedə bilərsiniz. İdmanla məşğul olmaq məsləhət deyil

Balıqlar – Romantik görüşlər, dostlarla bir yerə toplaşmaq, ziyafətlərdə  iştirak üçün əsl məqamdır. Faydalı bir məlumat ala bilərsiniz. Yeni bilikləri tez qavrayırsınız. Əşyalara, hadisələrə qeyri-adi yanaşma tərzi tələb edən işlərdə irəliləyiş əldə edə bilərsiniz.
Təəssüf ki, əzizlərinizlə fikir ayrılıqları yaşaya bilərsiniz. Sizin hərəkətləriniz orijinal, bəzən hətta ekstravaqantdır və onları hamı təqdir etmir. Tənqidlərə ironiya ilə cavab verməyin, yoxsa münaqişədən qaçmaq çətin olacaq. Yumor hissini də bu gün unutmayın, o sizi çox çətin vəziyyətlərdən çıxara bilər. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO