Hakim hakimi döydü - FOTO - VİDEO
Türkiyəli sabiq FİFA referisi Dəniz Atəş Bitnel daha bir qalmaqala diqqət mərkəzinə düşüb.
Rakus.az xəbər verir ki, 37 yaşlı hakim həvəskarlar arasında keçirilən “Maltəpə 1923” – “Golden Master” qarşılamasının antiqəhrəmanı olub.
Bu matçda futbolçu kimi çıxış edən D. Bintel görüşün 51-ci dəqiqəsində hakim Mehmet Ağaçlınin qərarına sərt reaksiya verib və onu yumruqla yerə sərib.
Döyülən M. Ağaçlı D. Atəş barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. O, sabiq həmkarı tərəfindən 15 dəqiqə təhqir edildiyini də vurğulayıb.
Xatırladaq ki, 2016-cı ildə keçirilən “Trabzonspor” – “Qalatasaray” maçında göstərdiyi qırmızı vərəqələrə görə FİFA statusunu itirən və Salih Dursunun ona göstərdiyi qırmızı vərəqə ilə məşhurlaşan D. Bintel həvəskar səviyyədə peşəsini davam etdirir.