Maraqlı 17.11.2019 08:45

BÜRCLƏR – 17 noyabr

Qoç – İşdə təşəbbüs göstərmək üçün münasib gündür. İdeyalarınız əladır, əvvəlcə kimsə bəyənməsə də, sonradan hamı bunların yaxşı olduğunu qəbul edəcək. Bu gün başlanan işgüzar münasibətlər ahəngdar və hamı üçün faydalı olacaq.
İşləriniz elə də çox olmayacaq, həm şəxsi işləriniz, həm də yaxınlarınızla ünsiyyət üçün vaxtınız qalacaq. Hər şeyi çatdırmaq olar. Enerjiniz çoxdur, hətta dolğun gündən sonra da yorğunluq hiss etməyəcəksiniz.

Buğa – Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısında sizə böyük üstünlük qazandırır.
Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.

Əkizlər – Kütlə qarşısında çıxışlar, işgüzar danışıqların aparılması üçün münasib gündür. Əgər iş axtarırsınızsa, bu gün potensial sahibkarlarla görüş üçün çox əladır: onlarda lazımi təəssürat oyada bilərsiniz. Təşəbbüs göstərin, yeniliklərin və təkliflərin sizə çətinlik yaradacağından çəkinməyin.
Şəxsi həyatınızda situasiya birmənalı deyil: nəyin baş verdiyini ayırd etmək üçün intuisiyanızı dinləyin. Bütün problemlərin səbəbini tapıb aradan qaldırmaq asan deyil, amma mümkündür. Axşam özünüzü kiçik bir hədiyyə ilə sevindirin – buna tamamilə haqqınız çatır.

Xərçəng – Əlinizi atdığınız hər bir işdə uğur qazanırsınız. Məsələləri düzgün qoymaq bacarığı çox faydalı olacaq – bunları yerinə yetirmək istəyənlər özlərini çox gözlətmirlər. Yeni tanışlarınızda yaxşı təəssürat oyadırsınız, amma çalışın ki, bunu qoruyub saxlaya biləsiniz. Ağlınıza maraqlı ideyalar, yeni uzunmüddətli planlar gəlir.
Maliyyə işlərində səliqəli olmağınız şərtdir. Ödənilməmiş hesab, borcunuz varsa, dərhal ödəməyə tələsin. İşdə yeni vəzifələriniz peyda ola bilər, ofisdə istədiyinizdən artıq vaxt keçirməli olacaqsınız.

Şir –  Adamların arasında olmaq, özünüzə diqqət cəlb eləmək xoşunuza gəlir. Çox güman ki, haqqınızda şayiələr və qeybət dolaşacaq, amma bunlar sizə ziyan vura bilməyəcək. Siyasi həyata marağınız artır, bəzi Şirlər öz mövqelərini açıq-aşkar ortaya qoyur, amma ətrafdakıların təqdirini qazanmırlar.
İşə köklənmək çətin olsa da, vacibdir – əgər belə etməsəniz, çoxlu səhviniz olacaq. Həmkarlarınızla flirt etmək, ortaqlarınızla romantik münasibətlərə başlamaq məsləhət deyil. Hansısa ziyafətdə maraqlı tanışlıq qura bilərsiniz.

Qız – Başqalarına nə qədər faydalı olursunuzsa, gününüz bir o qədər uğurlu keçir. Mümkün qədər çox qazanmağa çalışmayın – pullar özü gələcək, özü də heç gözləmədiyiniz yerdən. Həmkarlarınız və rəhbərliklə münasibətlərinizə diqqət edin: sırf işgüzar əlaqələri dostluq məcrasına yönəltməyin vaxtı çatıb.
Həmfikirlərlə, sizin maraqlarınıza ortaq şəxslərlə ünsiyyət üçün uyğun gündür. Təcrübə mübadiləsi çox faydalı olacaq. Günün sonunda axır vaxtlar taleyi ilə çox maraqlandığınız bir adam barədə xəbər eşidəcəksiniz.

Tərəzi – Necə həll etmək lazım olduğunu bilmədiyiniz problemlərin öhdəsindən bu gün asanlıqla gələ bilərsiniz. Məqsədinizə doğru gedən yollar düzdür: hiyləgərlik göstərməyin yeri yoxdur. Bədxahlarınıza gücünüzü, mövqelərinizin möhkəmliyini nümayiş etdirməyin – beləliklə, onlarda paxıllıq oyatmaz və sizə hücum etməyə təhrik etməzsiniz.
Xarici görünüşünüzə diqqət yetirin: bu gün sizə geyiminizə görə qiymət verirlər. Gözəl ədalar, etiket qaydalarına riayət etməyiniz pərtlik yaradan situasiyadan çıxmağa imkan verəcək. Təhriklərə uymayın, əvvəlcədən qurduğunuz planlara riayət edin.

Əqrəb – Fantaziyalarınıza boyun əyməyin: öz imkanlarınızın düzgün qiymətləndirilməsi səhvlərdən qaçmağa imkan verər. İşləriniz çox olacaq, ancaq bunların hamısının öhdəsindən gəlməyə gücünüz çatar. Sövdələr bağlaya, müqavilələr imzalaya, uzunmüddətli əməkdaşlıq barədə məsələləri müzakirə edə bilərsiniz.
Yaxınlarınız tez-tez sizin köməyinizə ehtiyac duyur, sizdən diqqət tələb edirlər. Soyuqqanlılığınızı qoruyub saxlamağınız, başqalarının emosiyalarının sizə təsir etməsinə yol verməməyiniz vacibdir.

Oxatan – Yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxsin dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Oğlaq – Düşünülməmiş hərəkətlərdən qaçın, emosiyalarınızı cilovlayın. Bugünkü işləriniz elə də vacib olmasa da, diqqət tələb edir, ancaq fikrini cəmləmək hər Oğlaqa nəsib olmur. Yanınızda sizin səhvlərinizi göstərən, sizi lazımsız həyəcanlardan qoruyan birinin olması yaxşı olardı.
Evdəki istənilən çətinliyi ürəyinizə salır, əhəmiyyətsiz söz-söhbətə görə narahat olursunuz. Həyəcanlardan uzaq durmağa çalışın: sevdiyiniz bir işlə, hobbinizlə məşğul olun, yaxud sevdiyiniz adamlarla gəzintiyə çıxın.

Dolça – Yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür.
Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.

Balıqlar – İşgüzar ünsiyyət, vacib məsələlərin müzakirəsi üçün əlverişli gündür. Mürəkkəb danışıqlarda özünüzü əsl diplomat kimi hiss edəcəksiniz: aqressivlik, sərtlik göstərmədən istəyinizə çata bilərsiniz.
Maliyyə baxımından uğurlu gündür, sövdələr uğurlu olacaq, yatırımlar gəlir gətirəcək. Sevgidə bəxtiniz elə də gətirmir, sevgililər arasında xırda incikliklər yarana bilər. Bu gün başlanan romantik münasibətlər ciddi olmayacaq. (Milli.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS