Makron Koçaryanın məhkəmə prosesini izləyir
Fransa Prezidenti Emmanuel Makron Ermənistanın hazırda həbsdə olan sabiq dövlət başçısı Robert Koçaryanın vəkilinin məktubuna cavab verib.
Rakus.az xəbər verir ki, bunu Parisdən qayıdan vəkil Sevak Torosyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sabiq prezidentin məhkəməsi ilə Avropanın digər ölkələrində də yaxından maraqlanırlar.
Ermənistan KİV-ləri yazır ki, Koçaryanın vəkili Fransa Prezidentinə ünvanlandığı məktubda son il ərzində baş verən proseslər haqqında məlumat verib. Məktubun nəticələrinin diplomatiya məsələsi olduğunu diqqətə çatdıran Torosyan qeyd edib ki, bir aydan sonra cavab göndərən Emmanuel Makron Fransanın Koçaryanın məhkəmə prosesini diqqətlə izlədiyini yazıb. Vəkil əlavə edib ki, xarici ölkələrin Ermənistandakı səfirləri də öz hökumətlərinə bu məhkəmə prosesi barədə mütəmadi məlumat göndərirlər.