İqtisadi 19.11.2019 21:00

“Qarabağ” yatağında ilk quyunun qazılması planlaşdırılır

Noyabrın 19-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Tower”də Norveçin “Equinor ASA” şirkətinin hasilat və işlənmə üzrə icraçı vitse-prezidenti Torqrim Reitanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rakus.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, görüşdə şirkətlər arasında əməkdaşlığın geniş spektri müzakirə olunub, “Qarabağ” yatağının işlənməsi istiqamətində aparılan işlərin, həmçinin Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlarının işlənməsi ilə bağlı hazırkı vəziyyət və qarşıdakı planlar ətrafında fikir mübadiləsi aparılıb. Torqrim Reitan “Equinor”un SOCAR-la birgə həyata keçirdiyi layihələrdə təhlükəsizlik və şəffaflıq standartlarını yüksək qiymətləndirib, şirkətin beynəlxalq portfelində Azərbaycandakı layihələrin mühüm yer tutduğunu qeyd edib. Tərəflər “Qarabağ” layihəsinin daha da sürətlə icra olunmasının zərurətini vurğulayaraq, bu istiqamətdə növbəti addımlar barədə müzakirə aparıblar.

Bildirilib ki, hazırda “Qarabağ” yatağında üzən qazma qurğu vasitəsilə qiymətləndirici quyunun qazılması üçün hazırlıq işləri aparılır. Qiymətləndirici quyunun qazılmasından sonra yataqda stasionar özülün quraşdırılması və həmin özüldən hasilatın başlanılması planlaşdırılır. Özülün dayaq blokunun inşaat işləri artıq SOCAR-ın “Bos Şelf” şirkəti tərəfindən başa çatdırılmaq üzrədir. Platformanın üst hissəsinin konsepsiyası müəyyən olunandan sonra onun da inşasına start veriləcək.

SOCAR və “Equinor” şirkətlərinin daha bir ortaq layihəsi olan “Əşrəfi-Dan Ulduzu-Aypara” çərçivəsində SOCAR-ın “Caspian Geo” şirkəti cari ilin sentyabrından etibarən seysmik kəşfiyyat işlərini həyata keçirir. 800 kilometr uzunluğunda xətt üzrə 2D ölçülü, 700 kvadratkilometrə yaxın sahədə isə 3D ölçülü seysmik kəşfiyyat aparılır. 3D kəşfiyyat işlərinin 80 faizi artıq tamamlanıb və gələn aydan etibarən sahədə toplanan məlumatların emal və təhlilinə başlanılacaq.

Xatırladaq ki, Norveçin “Equinor” (2018-ci ilədək Statoil) şirkəti Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 2049-cu ilə qədər uzadılmış Hasilatın Pay Bölgüsü Sazişinin (7,27%) və Bakı-Tbilisi-Ceyhan (8,71%) neft boru kəmərinin iştirakçısıdır. 2018-ci il mayın 30-da SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” sazişləri imzalanıb.

“Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib,1997-1998-ci illərdə kəşfiyyat qazması ilə strukturun neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətdə 120 kilometr aralıda, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilən “Aypara” sahəsi isə Bakıdan 90 kilometr şimal-şərqdə yerləşir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO