Səfir Ukrayna hökumətinin iclasına qatıldı
Avropa İttifaqı 2014-cü ildən başlayaraq Ukraynaya ümumilikdə 15 milyard avro təqdim edib.
Rakus.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ukraynadakı səfiri Matti Maasikas deyib.
Səfir Ukrayna hökumətinin iclasında bildirib ki, Avropa İttifaqı 2014-cü ildən islahatlara dəstək üçün 15 milyard avro həcmində qrant və istiqraz vəsaitləri səfərbər edib: “Bu, misli görünməmiş dəstək paketidir”.
Onun sözlərinə görə, maliyyə dəstəyi nəqliyyat, energetika, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, hava nəqliyyatı sektorları da daxil olmaqla, praktiki olaraq iqtisadın bütün sahələrinə şamil edilib.
Bir qədər əvvəl Ukraynanın Maliyyə naziri Oksana Markarova bu ilin sonlarına qədər Avropa İttifaqından növbəti kredit tranşı almaq imkanlarının olduğunu deyib.