YAP-ın 27 illiyi münasibətilə Salyan rayon təşkilatında tədbir keçirildi - FOTO
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27 illiyi münasibətilə Salyan rayon təşkilatında tədbir keçirilib.
Rakus.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov tədbirdə çıxış edərək partiyanın keçdiyi tarixi, mənalı və şərəfli yoldan, ötən müddət ərzində ıldə etdiyi nailiyyətlərdən söz açıb. Bildirib ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəli ölkəmiz üçün ən çətin, ağır və ictimai-siyasi xaosla tüğyan edən dövr idi. Həmin dövrdə ölkənin düşdüyü ağır böhrandan xilas etməyə qadir olan siyasi təşkilata ehtiyac duyulurdu. Belə çətin anda ölkənin 91 nəfər ziyalısı yeni partiya yaratmaq və ona rəhbərlik etmək üçün ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Bununla da 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfərin iştirakı ilə YAP-ın təsis konfransı keçirildi, partiyanın Nizamnaməsi və proqramı qəbul edildi. Ulu öndər Heydər Əliyev açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi.
Xüsusi vurğulanıb ki, Yeni Azərbaycan Partiyası yaradıldığı gündən ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün öz proqram və nizamnaməsinə müvafiq olaraq siyasi mübarizəyə qatıldı. Qısa müddət ərzində YAP siyasi cəhətdən yetkinləşən, xalqı öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrildi.
Tədbirdə çıxış edən digər natiqlər də ulu ndər Heydər Əliyevin partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində xidmətlərindən geniş bəhs ediblər. Belə bir fikir xüsusi vurğulanıb ki, Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır: “YAP-ın beynəlxalq aləmdə də nüfuzlu siyasi partiya kimi qəbul edilməsinin səbəbi onun xalqa söykənməsi, xalqdan qidalanmasıdır”.
Tədbirin yekununda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri, partiya işində və rayonun ictimai-siyasi həyatında fərqlənənlərə fəxri fərmanlar təqdim edilib.