Gündəm 23.11.2019 16:27

Moskvada əməkdaşlığa dair sənədlər imzalandı

Moskva şəhərində keçirilən X Rusiya – Azərbaycan regionlararası forum çərçivəsində ikitərəfli sənədlər imzalanıb.

Rakus.az xəbər verir ki, “Report”un Rusiya bürosunun xəbərinə görə, Azərbaycan ilə Rusiya hökumətləri arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Sazişi Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya tərəfindən imzalanıb.

Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov və Rusiya – Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik turizm sahəsində əməkdaşlıq və turizm alyansınin təsis olunmasına dair Saziş imzalayıblar.

Azərbaycan Turizm Agentlikləri Asosiasiyası ilə “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlığa dair Saziş imzalanıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında əməkdaşlığa dair Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və təşkilatın vitse-prezidenti Eduard Ömərov tərəfindən imzalanıb. Həmçinin “Opora Rossii” ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında da əməkdaşlığa dair Memorandum imzalanıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) ilə “Gazprombank” arasında tərəfdaşlığa dair Saziş AzPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev və Bankın vitse-prezidenti Andrey Savçenko tərəfindən imzalanıb.

Forumun plenar iclasında həmçinin “Azərmaş” ASC ilə “Rosselmaş” kombayn zavodu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. “Gəncə Avtomobil Zavod”u ilə “Ural Avtomobil Zavod”u arasında 7,8 milyon dollar məbləğində “Ural” yük avtomobilin tədarükünə dair çərçivə Sazişi imzalanıb. Bundan başqa Azərbaycanın “Nabucco” şirkəti ilə Rusiyanın “Neopark” MMC arasında Azərbaycanda mexanik və robot təchizatlı parkinqlərin salınması üçün müvafiq avadanlığın tədarükü barədə razılaşma əldə edilib. “Azproduct” MMC ilə “Velrıbprom” MMC arasında imzalanan Saziş çərçivəsində 2,34 milyon dollar məbləğində 3 min ton dondurulmuş balıq Rusiyaya ixrac olunacaq.

“Ultra Technologies” şirkətilə Rusiyanın “Digital Design” QSC arasında əməkdaşlığın perspektivinə dair Bəyannamə imzalanıb. “Karvan-L” MMC ilə Dərbənd şəhər meriyası arasında sərmayə layihəsinin yerinə yetirilməsinə dair Saziş imzalanıb.

Forumun plenar iclasında Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası “Business Dialogue Media” nəşriyyat və kommunikasiya qrupu ilə də əmədaşlığa dair sənədi imzalanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO