Siyasi 25.11.2019 21:33

“Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri mühüm əhəmiyyətə malikdir” – YAP rəsmisi

Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malikdir. Dünyada böyük etimad qazanan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda, Azərbaycan regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır. Ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin səmərəli geostrateji nəticələri bunun bariz nümunəsidir. Bir sözlə, praqmatik, çoxvektorlu və milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafını, respublikamızın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini şərtləndirir.

Rakus.az xəbər verir ki, bu fikirləri YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov KİV-ə açıqlamasında bildirib.

Siyavuş Novruzov qeyd edib ki, bütün bu reallıqların qanunauyğun nəticəsi kimi, istər regional, istərsə də qlobal miqyasda mühüm təsir imkanları və mexanizmlərinə malik olan müstəqil milli dövlətlər, eləcə də beynəlxalq münasibətlər sistemində güc mərkəzləri kimi çıxış edən ölkələr tərəfindən Azərbaycanın dünya siyasətində fəal rolu, həyata keçirilən praqmatik strateji kursu yüksək qiymətləndirilir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük əhəmiyyət verilir. Bu baxımdan, Rusiya Federasiyasının Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verməsi ayrıca qeyd edilməlidir. Öz növbəsində, Azərbaycanın xarici siyasət kursunda da Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur.

Rusiya-Azərbaycan münasibətləri çoxşaxəli xarakter daşıyır, hər iki ölkənin milli-strateji maraqlarına cavab verir

Mühüm məqamlardan biri budur ki, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri bu baxımdan mühüm əhəmiyyətə malikdir. Birinci vitse-prezident Mehriban Əliyeva bəhs olunan səfər çərçivəsində keçirdiyi görüşlər zamanı qeyd edib ki, Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir: “Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər, demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir”.

İki ölkə arasında əlaqələr çoxşaxəli xarakter daşıyır. Eyni zamanda, iqtisadi sahədə də əməkdaşlığın inkişaf dinamikası məmnunluq doğurur. Başqa sözlə, ticari-iqtisadi sahədə əlaqələr müsbət dinamikaya malikdir, uğurla inkişaf edir. Əmtəə dövriyyəsinin davamlı olaraq artması isə iqtisadi-ticari əlaqələrin səmərəliliyini göstərən mühüm faktlardandır. Hər iki tərəfin təsdiq etdiyi “Yol xəritələri”nin reallaşdırılması da, heç şübhəsiz, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi, bütün sahələrdə inteqrasiyanın intensiv xarakter daşıması baxımından böyük önəm daşıyır. Ən əsası, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Əmtəə dövriyyəsində ötən il 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub.

Hazırda Azərbaycanla Rusiya arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə imzalanan proqram sənədi özündə 5 “yol xəritəsi”ni ehtiva edir ki, buraya da ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılması, nəqliyyat potensialının inkişafı, birgə müəssisələrin yaradılması, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsi, həmçinin humanitar əlaqələr daxildir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına səfəri zamanı diqqət mərkəzində olan məsələlərdən biri də humanitar və təhsil sahəsində əməkdaşlıq olub. Bu gün məmnunluq hissi ilə qeyd edə bilərik ki, iki ölkə arasında humanitar əlaqələr uğurla inkişaf edir. Xüsusilə də təhsil sahəsində intensiv təmaslar mühüm əhəmiyyətə malikdir. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 ali məktəbdə rus dilində bölmələr var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi pilot layihəsi uğurla həyata keçirilir. Bununla yanaşı, Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları Azərbaycanda uğurla fəaliyyət göstərir. Eyni zamanda, 2019-cu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb.

Rusiya-Azərbaycan Regionlararası Forumu müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradan nadir platformadır

Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişafına mühüm töhfələr verən əhəmiyyətli amillərdən biri regionlararası əlaqələrin intensiv xarakter daşımasıdır. Dövlət başçılarının siyasi iradəsi əsasında regionlararası forumların keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Forum işgüzar dairələr arasında birbaşa ünsiyyətin qurulması, qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca səmərəli platformadır. Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri zamanı Moskvada keçirilən X Azərbaycan-Rusiya Regionlararası Forumu da əməkdaşlığın genişlənməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Forumda iştirak edən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi: “Regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynayır. Keçən ilin sentyabrında Bakıda bundan əvvəlki forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət edir. Budəfəki forum çərçivəsində rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib. Ümidvaram ki, əvvəlki illərdə olduğu kimi, bu forumun da nəticələri bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək”.

Hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Azərbaycanın və Rusiyanın regionları arasında əlaqələrin intensivləşməsi və yeni istiqamətləri əhatə etməsi üçün hər iki ölkənin müvafiq qurumları tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Yəni, ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks işlər görülür. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin yaradılması, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və şirkətlərin ölkələrimizdə keçirilən beynəlxalq sərgilərdə iştirakı belə tədbirlərdəndir. Bunlarla yanaşı, qarşılıqlı investisiya qoyuluşu sahəsində də fəal əməkdaşlıq həyata keçirilir. Tərəflər ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlıdırlar. Bu kontekstdə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuraları da əhəmiyyətli rol oynayır, həmçinin sənaye, energetika, turizm, nəqliyyat, kənd təsərrüfatı, İKT və digər sahələrdə geniş əməkdaşlıq imkanları mövcuddur. Beləliklə, Rusiya və Azərbaycanın regionları, işgüzar dairələri və təşkilatları arasında praktik əməkdaşlığın genişlənməsində əsas rol Rusiya-Azərbaycan Regionlararası Forumuna məxsusdur.

Mehriban xanım Əliyevanın “Dostluq” ordeni ilə təltif edilməsi onun Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinə verilən yüksək qiymətdir

Nəticə etibarilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfədir. Yeri gəlmişkən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı da bu məsələlər diqqət mərkəzində olub. Görüş zamanı Vladimir Putinin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim etməsi xüsusi qeyd edilməlidir. Bu, Mehriban xanım Əliyevanın fəaliyyətinin beynəlxalq müstəvidə yüksək dəyərləndirilməsinin daha bir bariz nümunəsidir. Sirr deyil ki, Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən, öz fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verən ictimai-siyasi xadim kimi tanınır. Onun fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Bunun göstəricisidir ki, Mehriban xanım Əliyeva indiyədək mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar – Fransanın “Şərəf legionu” ordeni, UNESKO-nun “Qızıl Motsart” medalı, Rusiyanın Yüzillik Mesenatları Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni və digərləri onun dünyadakı nüfuzunun göstəricisidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməsi isə onun Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinə verilən yüksək qiymətdir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO