Rusiya Tokioda neytral statusda çıxış etməyəcək
Rusiya Olimpiya Komitəsi (ROK) Rusiya idmançılarının 2020-ci ildə Tokio Olimpiya Oyunlarında neytral statusda çıxış etmək imkanını nəzərdən keçirmir.
Rakus.az xəbər verir ki, bu barədə ROK-un prezidenti Stanislav Pozdnyakov noyabrın 28-də Olimpiya məclisində çıxışında bəyan edib.
Pozdnyakov deyib: “Neytral bayraq barədə heç bir söhbət gedə bilməz. Çünki Rusiya Olimpiya Komitəsi heç bir beynəlxalq idman təşkilat, o cümlədən BOK və WADA tərəfindən araşdırma və ya iddia mövzusu ola bilməz”.
Noyabrın 25-də WADA-nın müvafiqlik komitəsi qurumun icraiyyə komitəsinə Rusiya Antidopinq Agentliyini (RUSADA) təşkilatın şərəfinə layiq olmayan qurum kimi tanımağı, Rusiya idmanına bir sıra qadağalar tətbiq etməyi, o cümlədən Rusiya idmançılarını dörd il ərzində beynəlxalq yarışlarda çıxış etmək imkanından məhrum etməyi və RF ərazisində beynəlxalq startlar keçirilməsini qadağan etməyi tövsiyə edib.
WADA-nın icraiyyə komitəsi Rusiya idmanına dair qəti qərarı dekabrın 9-da Parisdə keçiriləcək iclasında qəbul edəcək.