İdman 29.11.2019 08:33

Qarşıdakı oyunlara hazırlaşmalıyıq – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Sevilya”ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Rakus.az xəbər verir ki, O bildirib ki, artıq növbəti mərhələ şanslarını itirdiklərindən qarşıdakı oyunlara hazırlaşacaqlar:

– Rəqibi təbrik edirəm. 1 xalla qayıtmaq istərdik. Amma alınmadı. Futbolçular çox əziyyət çəkdi. Hamısından razı qaldım. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.

– Bundan sonra nə olacaq?

– Qarşıda iki çempionat, sonra isə Avroliqa oyunumuz var. Fikrimizi həmin oyunlara yönəldəcəyik. Bu, bizim işimizdir. Hər bir oyunda maksimum gücümüzü ortaya qoymalıyıq.

– Futbolçular tapşırıqlarınızın neçə faizini yerinə yetirə bildilər?

– İlk hissədə daha intimzalı oynadılar. Amma ikinci hissənin başlanğıcında səhvə yol verdilər. Rəqib də bizi buna məcbur etdi. Futbolçularda böyük məsuliyyət olanda belə səhvlərə yol verirlər. Məşqçi kimi onları başa düşürəm.

– İkinci hissədə top itkiləri oldu. Bu, pressinqlə bağll idi, yoxsa tələskənlik oldu?

– Rəqib bizi daha çox buna məcbur edirdi.

– Sonuncu dəfə bu cür məyus olduğunuz yadınıza gəlir?

– Belə hallar çox olub. Bu da onlardan biridir.

– Hakimliklə bağlı nə deyə bilərsiz?

– Hakimlər haqda nəsə demək istəmirəm. Hər bir halda bizim kimi komandalara daha kiçik baxırlar. Belə olmasını istəməzdim. Bəzi epizodlarda “Sevilya”ya simpatiya hiss olunurdu. Daha adil olmalıydı. Amma hər bir halda hakimlər bizim kimi komandalara belə münasibət bəsləyirlər. Hakimin qərarı ilə razılaşmalıyıq. Amma daha ədalətli olmalıdırlar. Epizodu görməmişəm. Amma penaltiyə daha çox oxşayırdı.

– İlk qolu vuran Brayan Gilin 20 yaşı var. Niyə bizdə belə futbolçular yetişmir?

– Biz kiçik futbol ölkəsiyik. Bunun üçün təcrübəmiz daha çox olmalıdır. Bu gün biz La Liqa ilə Azərbaycan çempionatını müqayisə edə bilmərik. Təcrübəmiz çox azdır. Amma hər bir halda bu cür oyunçuları gələcəkdə gözləməliyik. Belə oyunçular yetişdirməliyik. Amma təəssüflər olsun, hələ ki, alınmır.

– Bu gün 0:2 hesabı ilə uduzduq. Futbolda İspaniyadan nə qədər geriyik?

– Bayaq da dediyim kimi, “Sevilya” bu gün La Liqada 2-3-cü yerləri bölüşdürür. Zirvə uğrunda yarışır. Bu çempionatla yan-yana durmaq çətindir. Bəlkə də irəli gedə bilərik.

– Beqoviçlə yollar ayrılacaq?

– Müqavilə dekabra kimidir. Qalmasını istərdik. Amma bizdən asılı olmayan nüanslar var. Hər bir halda qış fasiləsini gözləməliyik. Bəlkə də danışıqlar olacaq. Qəti qərar vermək üçün dekabr ayını gözləmək lazımdır.

– Qrupdan çıxa bilmədik. Qurban Qurbanov harda səhv etdi?

– Bəzən qrupdan çıxmaq şanslarımız olub. Yadınızdadırsa, ümumi oyuna baxsaq, “İnter”ə son dəqiqədə vurduğumuz qol sayılsaydı, həmin il qrupdan çıxa bilərdik. Məşqçi də səhv edə bilər. Biz kollektivik. Fikirlərimizi bir yerə cəmləməliyik. Bu mövsüm APOEL-lə keçirdiyimiz heç bir oyunda rəqibdən zəif çıxış etməmişik. Ən çox qol epizodlarını biz yaratmışıq. Səhv edib-etmədiyimi açıqlamaq düzgün olmaz. Komanda daxilində bunu müzakirə edirik. Yaxşı komandamız var. Ardıcıl altı ildir ölkəmizi qruplarda təmsil edir. Nə rəhbərlik, nə də biz ruhdan düşürük. İrəliyə baxmalı, bu cür oyunlara hazır olmalıyıq. Qrupdan çıxa bilməyən çox komanda var. Həm ölkə, həm də “Qarabağ” olaraq, daha da ciddi addımlar atmalıyıq.

(qol.az)

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO