İqtisadi 29.11.2019 19:51

Xəzərdən təbii qaz Avropaya 2020-ci ilin ikinci yarısında çatdırılacaq - FOTO

Energetika naziri Pərviz Şahbazov Ekvatorial Qvineyanın paytaxtı Malaboda keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) V Sammiti və Nazirlər Görüşündə iştirak edib.

Rakus.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə-a bildirilib ki, nazir iştirakçılara Azərbaycan Respublikası Prezidentinin salamlarını və V Sammitin işə başlaması münasibətilə təbrik sözlərini çatdırıb.

Sammitdə çıxış edən P.Şahbazov qlobal qaz bazarında müşahidə olunan tendensiyalar və Azərbaycanın həyata keçirdiyi qaz ixrac layihələri barədə danışıb. Nazir son illərdə dünyada aşağı karbonlu enerji mənbəyi kimi təbii qaza artan tələbatın yeni layihələrinin reallaşmasını və qaz sənayesinin inkişafını təmin etməklə yanaşı, mənbə və marşrutların şaxələndirilməsini da aktullaşdırdığını qeyd edib. Energetika naziri, həmçinin sıfır emissiyalı iqtisadiyyata dair çağırışların təşviq etdiyi bioqaz, biometan və hidrogen enerjisinin gələcəkdə təbii qaza gözlənilən təsirlərinə də toxunub. Qaz İxrac Edən Ölkələr Forumunu bu inkişaf meyillərini qaz istehsal və ixrac edən ölkələrin öz enerji siyasəti kurslarında nəzərə almalarına və birgə həlləri tapmağa kömək edən bir platforma kimi qiymətləndirib.

P.Şahbazov Azərbaycanın qaz idxalatçısından qaz ixrac edən ölkəyə çevrilməsini təmin edən və enerji təhlükəsizliyinə xidmət edən layihələrindən də bəhs edib. Yekunlaşmaqda olan Cənub Qaz Dəhlizi layihəsinin regional və qlobal əhəmiyyətini diqqətə çatdırıb: “Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində mühüm rol oynayan TANAP Azərbaycan təbii qazını Avropaya nəql etməyə tam hazırdır. Avropaya yeni mənbədən – ilk dəfə olaraq Xəzərdən təbii qaz 2020-ci ilin ikinci yarısında Cənub Qaz Dəhlizi vasitəsilə çatdırılacaq. Açıq dənizlərə çıxışı olmayan bir ölkənin daha bir qlobal layihə ilə dünyanın enerji xəritəsini yenidən tərtib etməsi məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və uzunmüddətli enerji siyasətinin nəticəsidir. Bu siyasət bütün tərəflərin maraqlarının təmin olunmasına və qarşılıqlı faydalı qlobal əməkdaşlıq mühitinin yaradılmasına əsaslanır”.

Sammit çərçivəsində Energetika naziri Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Yuri Sentyurin, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindo, Rusiyanın Energetika naziri Aleksandr Novak, eləcə də Misirin Mineral Resurslar və Neft naziri Tarek Əl Molla ilə görüşüb. Görüşlərdə qlobal neft-qaz bazarında mövcud vəziyyət və ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə edilib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO