Maraqlı 30.11.2019 07:17

Ədviyyatı mətbəxinizdən əskik etməyin – MƏSLƏHƏT

Ədviyyatlar bir çox ölkələrin mətbəxində xüsusi yer tutur.

Rakus.az xəbər verir ki, bir çox yeməklərin vazkeçilməzi olan ədviyyatlar xörəklərə dad, ətir qatmaqla yanaşı, sağlamlığa da xeyirdir. Həzm sistemindən tutmuş xolesterola və xərçəngə qədər bir çox problemlərdə müsbət təsirə malikdir. Elə ədviyyatlar da var ki, tərkibi daha zəngindir. E-tibb.az həmin 5 ədviyyat haqqında məlumatları diqqətinizə çatdırır. Sağlamlığınız naminə bu ədviyyatları mətbəxinizdən əskik etməməlisiniz.

Darçın

Daha çox soyuq havalarda qəbul edilən darçının sağlamlığa xeyli faydası var. Qan şəkərini nizamlayır, infeksiyalara qarşı mübarizə aparır, mədədə köp və qaz problemini aradan qaldırır, zehni açır, arıqlamağa kömək edir, xolesterolu salır, eyni zamanda, alzheimer xəstəliyinin qarşısını ala bilir.

Kəklikotu

Kəklikotu yeməklərə verdiyi ləzzətlə yanaşı, tam bir vitamin anbarıdır. Onun tibbi faydaları saymaqla bitmir. Öskürəyə yaxşı təsir edir, təzyiqi aşağı salır, immunitet sistemini qüvvətləndirir, ağız sağlamlığına, əzələ ağrılarına, çivzə və digər dəri problemlərinə qarşı faydalıdır. Bunlarla yanaşı, antidepressant təsiri də var.

Cirə

Yeməklərin və salataların vazkeçilməz ədviyyatı olan cirənin çayını da hazırlamaq olar. İmmunitet sistemini gücləndirir, tərkibində dəmir çoxdur. Saç tökülməsi, kəpək və yağlanmanın qarşısını alır. Qan şəkərinin normal səviyyədə qalmasını təmin edir. Astma xəstəliyinə yaxşı təsir edir, xəstələri rahatladır. Xərçəngin qarşısını almaqda faydalıdır.

Qırmızı toz bibər

Bu ədviyyat alzheimer xəstəliyinin müalicəsində dəstəkləyici təsir göstərir. Termogenik təsiri sayəsində çəkinin azalmasına kömək edir.

Zərdəçal (sarıkök) 

Sarıkökün tərkibindəki kurkumin maddəsi virus, bakteriya, göbələk, hətta xərçəngin qarşısını alacaq xüsusiyyətlərə malikdir. İltihabəleyhinə və antioksidant özəlliyi də var. Beynin aktivliyini artırır, ürək problemlərinə müsbət təsir edir. Hətta depressiyaya qarşı da faydalıdır. Bu faydalardan maksimum şəkildə yararlana bilmək üçün sarıkökdən necə istifadə edəcəyinizi bilməlisiniz.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO