Millinin eks-məşqçisi 5 illik həbs olundu
Cüdo üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Peter Zayzenbaherin məhkəməsi başa çatıb.
Rakus.az xəbər verir ki, pedofillikdə günahlandırılan 59 yaşlı avstriyalı mütəxəssis 5 il müddətinə azadlıqdan məhrum edilib.
İkiqat Olimpiya çempionu ittiham olunduğu bütün maddələrlə günahkar bilinib.
Qeyd edək ki, 2012-2013-cü illərdə Azərbaycanda işləmiş məşqçinin 1999-2004-cü illərdə rəhbərliyi altında hazırlıq keçən yetkinlk yaşına çatmayan iki qızı zorladığı bildirilir. Zayzenbaherin 1999-cu ildəki ilk “qurbanı”nı 11 yaşı olub və o həmin idmançıya 2002-ci ilədək təcavüz edib. Bundan başqa, çalışdırıcı 2004-cü ildə 13 yaşlı başqa yetirməsinə də xoşagəlməz hərəkətlər edib. Mütəxəssisin 2001-ci ildə Xorvatiyada baş tutan təlim-məşq toplanışı vaxtı 16 yaşlı yeniyetmə cüdoçunu zorlaması da şikayətdə yer alıb.
Zayzenbaherin qızların tanış olub ona qarşı dilbirliyndə olduqlarını vurğulayıb. Lakin heç br sübut gətrə bilməyib. Mütəxəssis bu qərardan apelliyasiya verə bilər.