Qalada Enerji İdarəetmə Mərkəzi açıldı - FOTO
SOCAR və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycan yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılması təmin edən Milli Fəaliyyətlər Planı (NAMA)” layihəsi çərçivəsində qrant hesabına tikilən Enerji İdarəetmə Mərkəzinin açılış mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, açılış mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətinin Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Mərkəzin əsas funksiyası NAMA layihələri çərçivəsində Qaradağ, Sumqayıt və Qala ərazilərində quraşdırılmış alternativ enerji mənbələrində istehsal olunan enerjinin istifadəsinə nəzarət etməkdir.
Rəfiqə Hüseynzadə bildirib ki, bu mərkəz Xəzər regionunda yeganə mərkəzdir: “Buradakı monitor vasitəsilə onlayn şəkildə SOCAR-ın digər müəssisələri ilə əlaqə yaradırıq. Bu müəssisələrdəki enerji səmərəliliyi barədə məlumatlar bu mərkəzdə toplanır”. (report.az)