Dünya birjalarında neftin qiyməti
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Rakus.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar artaraq 69,89 dollar təşkil edib.
Ümumiyyətlə, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Dünya birjalaraında isə neftin qiyməti son 12 həftənin maksimum səviyyəsinə yaxınlaşır. Belə ki, “qara qızıl”ın qiyməti “OPEC plus” üzrə sutkalıq neft hasilatının daha 500 min barrel azaldılması, Birləşmiş Ştatlarda neft ehtiyatlarının azalacağına dair proqnozlar, eləcə də ABŞ-Çin münasibətləri fonunda son 12 həftənin maksimum səviyyəsinə yaxınlaşıb. Neftin qiyməti ötən həftəni sentyabrdan indiyədək ən yüksək səviyyədə tamamlayıb.
Ekspertlərə görə, qlobal neft tədarükü ilə bağlı narahatlıqlar azalıb, hazırda diqqət tələbata yönəlib. Bazar ABŞ və Çin arasındakı ticari razılaşmaya dair prosesi yaxından izləyir.
Xatırlada ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64,22 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 58,88 dollara satılır.