Siyasi 11.12.2019 22:48

Miyatoviç Azərbaycanla bağlı hesabatını açıqladı

Dekabrın 11-də Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç Azərbaycanda ifadə azadlığı, vəkillərlə bağlı baş verən son olaylar; məcburi köçkünlərin hüquqlarını əhatələyən hesabatını açıqlayıb.

Rakus.az xəbər verir ki, komissar nümayəndə heyəti ilə birlikdə iyulun 8-dən 12-dək Azərbaycanda səfərdə olub və səfər zamanı həmin məsələləri diqqət mərkəzində saxlayıb.

Komissar Azərbaycanda ifadə azadlığının qorunması üzrə böyük irəliləyiş əldə olunmadığını təəssüflə qeyd edir. Onun müşahidəsinə görə, hakimiyyətdən narazı, yaxud onu tənqid edən jurnalistlər və sosial media fəalları davamlı olaraq saxlanılır, həbs olunur. Onlara qarşı polisə müqavimət, xuliqanlıq, pul qoparmaq, vergidən yayınmaq, etnik, dini nifrəti qızışdırma, vətənə xəyanət, narkotik maddə, yaxud silah saxlama ittihamları irəli sürülür. Səfər zamanı komissar həbsdə olan jurnalistlər Seymur Həzi və Əfqan Muxtarlı ilə görüşüb.

Xatırladaq ki, Seymur Həzinin 5 illik həbs cəzası avqustun 29-da bitib və azadlığa buraxılıb.

Komissar qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı bir sıra qərarlarda Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin (hüquqların məhdudlaşdırılmasından istifadəni azaltmaq) pozulduğunu, bunun 5-ci maddə (azadlıq və təhlükəsizlik hüququ) il birlikdə həyata keçirildiyini bildirib, çünki ərizəçilər hansısa pozuntuya yol verdiyinə görə deyil, məqsədli saxlanıb.

Komissar Azərbaycan hakimiyyətini baxışlarına görə saxlanan şəxslərin hamısını azadlığa buraxmağa çağırır. O, onlarla jurnalistin, vəkilin, siyasi fəalın və insan haqları müdafiəçisinin ölkədən çıxışına qadağa qoyulduğunu vurğulayır və hakimiyyəti bu qanunsuz əngəllərdən çəkinməyə səsləyir.

Hakimiyyət təmsilçiləri isə ölkədə insanların baxışlarına görə həbs olunmadığını bildirir, fərdlərin yalnız törətdikləri əmələ görə cəzalandırıldığını qeyd edir.

Komissarın ofisi bu hesabatla yanaşı Azərbaycan hökumətinin verdiyi şərhləri də yayıb. Hakimiyyətin mövqeyincə, hesabatdakı bəzi dəyərləndirmələr ölkədə insan haqları ilə bağlı real durumu əks etdirmir, bəzi bəndlər hətta qeyri-korrekt mənzərə cızmış olur.

“Hesabatda bəzi sahələrdə mövcud olan ayrı-ayrı xüsusi halların götürülərək onların əsasında ölkədəki ümumi mənzərənin mənfi dəyərləndirilməsi daha çox narahatlıq yaradır,” – hökumət bildirir.

İnsan haqları komissarı Azərbaycan Cinayət Məcəlləsində defamasiyaya görə cəzanın qaldığını bildirir və defamasiyanın de-kriminallaşdırılmalı olduğunu bir daha dilə gətirir. O, 2017-ci ilin martında “İnformasiya, informasiyalaşdırma və informasiyanın qorunması haqqında” qanuna əlavələrə diqqət çəkir. Bu düzəlişlər hakimiyyətə imkan verir ki, “dövlətə və cəmiyyətə təhlükə yaradan informasiya”ya görə vebsaytları bloklasın. Bu düzəlişlərin qəbulundan sonra Bakıda rayon məhkəmələri bir sıra vebsaytları bloklayıb.

“Vebsaytların bloklanması informasiyaya çıxış hüququnu əngəlləyən aşırı tədbirdi. Bu səbəbdən komissar hakimiyyəti internet azadlığına təsir göstərən qanunvericilik və praktikanı Avropa standartlarına uyğunlaşdırmağa çağırır,” hesabatda deyilir.

Dunya Mijatovic Azərbaycanda kəskin vəkil çatışmazlığının yaşandığını, bunun özəlliklə paytaxtdan kənarda hiss olunduğunu qeyd edir. O, Vəkillər Kollegiyasının ölkədə vəkillərin sayını artırmaqdan ötrü bir sıra addımlar atdığını da vurğulayır. Eyni zamanda göstərilən hüquqi yardımın keyfiyyətindən narahatlığını dilə gətirir.

“Vəkilliyə təsir göstərən islahatların bir çox şəxsləri hüquqi yardıma çıxışdan məhrum etməsi haqda deyilənlər dəqiq deyil. Azərbaycan vətəndaşları vəkil çatışmazlığından, yaxud hüquqi yardımın olmamasından əziyyət çəkmir,” hökumətin cavabında deyilir.

Komissar bəzi vəkillərin Kollegiyadan uzaqlaşdırılmasına diqqət çəkir, onların əsasən siyasi baxımdan həssas hesab olunan işlərə çıxdıqlarını bildirir.

“Komissar Vəkillər Kollegiyasını vəkillərə qarşı şikayətlərin şəffaf və ədalətli ararşdırılması üçün prosedur qaydalarını möhkəmləndirməyə çağırır və qeyd edir ki, vəkillərin ictimai maraq doğuran işlər üzrə öz fikirlərini ifadə etmək hüququ var və onların azadlığı təmin olunmalıdır,” – hesabatda deyilir.

“Bu qənaət doğru deyil. 2018-2019-cu illərdə 11 vəkil kollegiyadan çıxarılıb. Onlardan heç biri siyasi həssas hesab edilən işlərlə əlaqədar deyil. Altı vəkil 6 ay ərzində üzvlük haqqını ödəmədiyinə, 5 vəkil isə qanunvericiliyi pozduğuna görə kollegiyadan uzaqlaşdırılıb,” – hökumətin cavabında vurğulanır.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxslərin Azərbaycan hökuməti üçün prioritet mövzulardan olduğunu bildirən komissar hakimiyyətin bu şəxslərin hüquqlarının təminatı yönündə vacib addımlar atmasını alqışlayır. O, bəzi məcburi köçkünlərin hələ də yataqxanalarda ağır şəraitdə yaşadığını, yerləşdirildikləri mənzillər üzərində sahiblik hüququ əldə edə bilmədiyini, mənzil təminatı zamanı məcburi köçkünlərin spesifik ehtiyaclarının nəzərə alınmadığını qeyd edir.

Komissar hakimiyyəti məcburi köçkünlərin bütün iqtisadi və sosial hüquqlara, özəlliklə də adekvat mənzil və işlə təminata çıxışını yaxşılaşdırmağa çağırır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS