İdman 11.12.2019 23:28

Yasamalda idmançılarla görüş keçirildi - FOTO

 

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun bir qrup idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov qonaqları salamlayaraq, “yeniyetmə və gənclərin sağlamlığının qorunmasında idmanın rolu” mövzusunda məruzə edib. İlham Səfərov çıxışında bildirib ki, yeniyetmə və gənclər arasında idmanın inkişafı istiqamətində atılan addımlar ölkə rəhbərliyinin idmana olan tükənməz qayğısının bariz nümunəsidir.

İlham Səfərov idarə tərəfindən keçirilmiş idman tədbirlərindən söz açaraq qeyd edib ki, bu yarışlarda kütləviliyə nail olunması idarənin qarşısında duran başlıca vəzifələrdən biridir. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycanın son 20 ildə qazandığı yüksək nəticələrin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. O, bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Elşad Həsənov qeyd edib ki, dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda Beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən biridir. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Qran-Pri yarışları və digər mötəbər dünya, Avropa çempionatlarının paytaxtımızda keçirilməsi bir daha ölkəmizin qüdrətini, idmanımızın inkişaf səviyyəsini göstərdi. Bildirilib ki, son illər rayonumuzda yaradılan “Abad məhəllə”lərin əksəriyyətində idman meydançalarının tikilərək rayon sakinlərinin istifadəsinə verilib ki, bu da öz növbəsində rayon yeniyetmə və gənclərinin idmanla mütəmadi məşğul olmasında əvəzsiz şərait yaradır.

Tədbirdə Olimpiya çempionu Zemfira Meftaxetdinova, Əməkdar idman ustası Vüqar Namazov, kikboksinq üzrə 25 qat dünya çempionu, Əməkdar məşqçi Eduard Məmmədov, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor müavini Elxan Hacıyev çıxış edərək bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından söz açıb, idmançılarımızın bundan sonra da beynəlxalq yarışlarda uğurla çıxış edəcəklərinə əmin olduqlarını vurğulayıblar.

İdman ictimaiyyətinin nümayəndələri ilə görüşdə beynəlxalq və respublika yarışlarında yüksək nailiyyətlər əldə etmiş rayon sakini olan bir qrup idmançı, 2 saylı RİOEUGİM-in bir qrup məşqçi-müəllimi və idmançılar iştirak ediblər. Tədbir Məkəzin muzey bölməsində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirilməsi ilə yekunlaşıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO