“Qarabağ” “Düdelanj”la qarşılaşacaq
Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.
Rakus.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda, eləcə də turnirdə son oyununa çıxacaq.
Ağdam klubu Bakıda “Düdelanj”ı qəbul edəcək. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyindən bugünkü görüş formal xarakter daşıyacaq.
Lüksemburqdakı görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edib “Qarabağ” bu dəfə də üç xal qazanmaqla turniri qələbə ilə başa vurmağa çalışacaq.
A qrupunun digər oyununda isə pley-offa vəsiqəni təmin edən APOEL və “Sevilya” Kiprdə qarşılaşacaq.
12 dekabr
UEFA Avropa Liqası
Qrup mərhələsi
6-cı tur
A qrupu
21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu
21:55. APOEL (Kipr) – “Sevilya” (İspaniya)
1. | Sevilya | 5 | 5 | 0 | 0 | 14:2 | 15 |
2. | APOEL | 5 | 2 | 1 | 2 | 9:8 | 7 |
3. | Qarabağ | 5 | 1 | 1 | 3 | 7:10 | 4 |
4. | Düdelanj | 5 | 1 | 0 | 4 | 7:17 | 3 |
(qol.az)