Maraqlı 14.12.2019 08:45

BÜRCLƏR – 14 dekabr

Qoç – Narahatlıqlar çox olacaq, birmənalı olmayan gündür. Bir tərəfdən, xeyli maraqlı işlər olacaq, onların həlli qarşınızda yeni perspektivlər açacaq.  Digər tərəfdən isə istənilən fəaliyyət çox yorucu görünür və bir çoxları işləmək əvəzinə bədbin düşüncələrə qapılmağa üstünlük verirlər.

Buğa – Yaxınlarınızın köməyinə ümid edə bilərsiniz. Çətinliyiniz yaranan zaman onlara müraciət etməkdən çəkinməyin. İstənilən məsələnin ən yaxşı həlli – qüvvələrin birləşdirilməsidir. Problemlərlə təkbaşına savaş cəhdi isə çətin ki, uğurla bitə. Sövdələşmələr bağlamaq, iri alış-veriş etmək məsləhət deyil.
Maliyyə məsələlərində ehtiyat, sənədlərin hazırlanmasında səliqə bu gün xüsusilə vacibdir. Diqqətsizlik gələcəkdə ciddi problemlərə səbəb ola bilər. İstənilən, hətta ən xırda, qanun pozuntusu bu gün xüsusilə yolverilməzdir.

Əkizlər – Təəccüblü deyil ki, yox yerdən mübahisə yaranır, fikir ayrılıqları dərinləşir, kimsə güzəştə getmək istəmir.
Müxtəlif nəsillərin nümayəndələri bir-birilə dil tapmaqda çətinlik çəkirlər. Atalarla övladların münaqişəsi uzanır. Ciddi maliyyə itkiləri, texnikanın sıradan çıxması, qiymətli əşyaların korlanması mümkündür. Risk etmək, eksperimentlər aparmaq məsləhət deyil.

Xərçəng – Günün ilk yarısı çox pis keçir. Mənfi emosiyalarınız aşıb-daşır, yaxşı əhval-ruhiyyədən danışmağa dəyməz, adəti ruh yüksəkliyiniz də itib. Yaxınlarınızla aranızda ciddi fikir ayrılıqları yarana bilər, sizə elə gəlir ki, kimsə sizi anlamır, sevmir.
Axşam emosional gərginlik aradan qalxacaq, cari məsələlərin həlli asanlaşacaq. Pul və ya qiymətli hədiyyələr ala bilərsiniz. Sevdiyiniz adamın xoş sürprizlər etməsi mümkündür. Həyati potensialınız yüksəkdir.

Şir – Mürəkkəb, gərgin, yorucu gündür. Tez-tez boş şeylərə görə əsəbləşir, başqalarının əhəmiyyət vermədiklərini ürəyinizə salırsınız. Yaxınlarınız tez-tez sizə xoşagəlməz hadisələri xatırladır və qəlbinizi incidirlər. Bəzi məişət problemlərinin həlli üçün qohumlarınıza ağız açmalı olacaqsınız.
Əgər bu gün hansısa vacib qərarı verməli olsanız, ciddi maneələrlə qarşılaşacaqsınız. Öz gücünüzü düzgün hesablamağınız vacibdir. Əgər gücünüz yoxdursa, ümumiyyətlə heç nə etməyin.

Qız – Gərəksiz xərclər, maliyyə itkiləri bu vaxt daha çoxdur. İşə köklənmək çətindir, fikriniz Bağdadda xurma dərir. Bir çoxları təklikdə, yaxud təmasları minimuma endirərək məhsuldar işləməyi bacarırlar.
Günün ikinci yarısı müsbət tendensiyaların təsiri güclənəcək. Axşam xoş sürprizlər, uğurlu təsadüflər, maraqlı görüşlər gözlənilir. Uzun müddətdən bəri davam edən bir münaqişəni bitirmək şansı var.

Tərəzi – Hazırlıq günüdür. Hansısa işi başa çatdıracağınıza ümid etməyin, amma ilkin hazırlıqları əla aparırsınız. İşgüzar görüşlər yaxşı keçir, əvvəllər sizin nöqteyi-nəzərinizlə razılaşan insanların dəstəyini qazana bilərsiniz. Maliyyə işləri ciddi diqqət tələb etmir.
Axşam görüşlər, böyük məclisdə istirahət, ziyafətlərdə iştirak üçün münasibdir. Evdə darıxacaqsınız. Klassik musiqi dinləyin: bu gün o, emosional durumunuza müsbət təsir göstərir.

Əqrəb – Gün heç xoşunuza gəlmir, axı o istədiyiniz kimi alınmır. Aydındır ki, planları dəyişmək lazımdır, ancaq yeni ideyalar yoxdur. Hiss edirsiniz ki, çıxılmaz dalandasınız. Həmfikirlərinizlə aranızda gərginlik yaranır. İş açıq münaqişə həddinə çatmasa da, narahatlıq hiss edəcəksiniz.
İmkanınız çatdığından daha çox xərcləyirsiniz. Tezliklə tamamilə pulsuz qala bilərsiniz. Sənədlərin hazırlanması, dövlət idarələrinə getmək məsləhət deyil. Hansısa bahalı əşyanın itirilməsi mümkündür.

Oxatan – Planlaşdırdıqlarınızın çoxu alınmır, amma siz ruhdan düşmürsünüz, düz də edirsiniz! Qətiyyətli olsanız, situasiyanı yaxşı istiqamətə yönləndirə bilərsiniz. Ancaq tək işləməyin, sizi dəstəkləməyə hazır olan adamlar axtarın. Bunlar daha çox gənclər ola bilər: onların həyat eşqi və optimizmi əla karınıza gələcək.
Sizə yeni məlumat lazımdır. Çox oxuyun, dünyagörüşünü artıran verilişlərə baxın, aldığınız məlumatları analiz edin. Aydınlaşdıra bildiklərinizdən istifadə etməyə çalışın. Elmi işlərin yazılması, tədqiqat işləri üçün münasib gündür.

Oğlaq – Sadə gün deyil. Ehtiyatlı olmaq, səhv buraxmamağa çalışmaq lazımdır. Unutmayın ki, düşünülməmiş hərəkətləriniz sizə baha başa gələcək. Səhhətinizdə problem yarana bilər. Həyati potensialınızın azalması həm səhhətinizə, həm də əhvalınıza təsir edəcək: qara fikirlərin məngənəsində sıxılır, ruh düşkünlüyünə qapılırsınız.
Mehriban insanlarla ünsiyyət kefinizi açar, onların dəstəyi isə sizi gərəksiz narahatlıq və əzablardan qurtarar. Odur ki, ətrafda belə birini axtarın, ya da özünüzə yeni tanış tapmağa çalışın.

Dolça – Məişət məsələlərinin həlli çox vaxt aparacaq: ev problemləri düşündüyünüzdən daha ciddidir. Çətinliklərin öhdəsindən gəlməkdə ənənəvi metodlar bu gün səmərəsiz ola bilər. Orijinal metodlar daha effektivdir. Çətin situasiyada qadınların məsləhətlərini dinləyin. Yaşlı qohumlarınızdan kömək (o cümlədən maddi yardım) ala bilərsiniz.
Həddən artıq emosionalsınız, bu səbəbdən tez-tez problemlər yaranır. Tələsik qərarlarınız səhvdir, tezliklə bunlara görə peşmanlıq çəkəcəksiniz. Sevdiyiniz adama etibar edin – sizin hədsiz şübhələriniz münaqişə yarada bilər.

Balıqlar – Ətrafdakılarla münasibətlər gərilir. Romantik münasibətlərdə soyuqluq yaranması mümkündür. Çoxları, ətraflarında mehriban insanlar olmasına rəğmən, özlərini tənha hiss edirlər. Vərdişləri dəyişməyə  çalışmaq, əvvəllər cəsarətin yetmədiyi işləri görmək lazımdır. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO