Gündəm 17.12.2019 11:38

Naxçıvanda ATİB təsis edildi

Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin təsis konfransı olub.

Rakus.az xəbər verir ki, konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev təsis olunan Ailə Təsərrüfatları İctimai Birliyinin qarşısında duran vəzifələri diqqətə çatdırıb, fəaliyyət prinsipləri barədə məlumat verib. Qeyd edib ki, birliyin yaradılmasında məqsəd muxtar respublikada ailə təsərrüfatı ilə məşğul olan şəxslərə informasiyaların verilməsi, maddi dəstək göstərilməsi, həmçinin onların potensialından cəmiyyətin iqtisadi həyatında səmərəli istifadə olunmasını təmin etməkdir. Birliyə muxtar respublikadakı ailə təsərrüfatçıları arasından daha çox fəallıq göstərənlər üzv qəbul edilib. Bildirilib ki, həmin təsərrüfat sahibləri birliyin işində də fəallıq göstərməlidirlər.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov qeyd edib ki, ailə təsərrüfatı məhsullarının tanıdılması məqsədilə ötən dövrdə Naxçıvan Biznes Mərkəzindəki sərgi salonunda 45 ailə təsərrüfatının 108 növdə, 140 çeşiddə məhsulu nümayiş olunub. Eyni zamanda, istehsal edilən məhsulların satışı üçün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında “Ailə təsərrüfatı məhsulları” festivalları təşkil olunur. Bu da təsərrüfat sahiblərinin məhsullarının satışına müsbət təsir edir. Nazir ailə təsərrüfatlarına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq edib.

Sonra birliyin idarə heyəti sədrinin, sədr müavini və idarə heyətinin seçilməsi təklifləri irəli sürülüb. Səs çoxluğu ilə Şərur rayonunun Düdəngə kənd sakini, ailə təsərrüfatçısı Mübariz Şirəliyev birliyə sədr, Babək rayonunun Naxışnərgiz kənd sakini, ailə təsərrüfatçısı Qəzənfər Qurbanov sədr müavini seçiliblər. Səkkiz ailə təsərrüfatçısı isə birliyin idarə heyətinə daxil edilib.

Konfransda birliyin nizamnaməsi qəbul olunub. (Azərtac)

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS