Maraqlı 21.12.2019 07:17

Bu qidaları dondurmaq olmaz – MƏSLƏHƏT

Soyuducu, əsasən də onun buzxanası bir çox qidaların uzun müddətli saxlanması üçün ideal hesab olunur.

Rakus.az xəbər verir ki, amma müasir dövrdə yanaşmalar dəyişib. Məlum olur ki, əslində bir çox qidaları dondurmaq olmaz. Və elə qidalar var ki, onları ümumiyyətlə, soyuducuda saxlamaq xətalı sayılır.

Mütəxəssislər hesab edir ki, südü dondurub sonradan istifadə etdikdə tərkibindəki su və digər maddələr bir-birindən ayrılır. Bu isə südü istifadə olunmaz bir hala gətirir.

Kartofu birmənalı olaraq çiy halda soyuducuya qoymaq olmaz. Tərkibində su miqdarı çox olan bu tərəvəz oradan çıxarılandan sonra sərtliyini itirir. Yalnız bişirilən kartofu soyuducuya qoymaq olar.

Qızardılmış yeməklərin də birmənalı olaraq dondurulması tövsiyə edilmir. Həmin yeməklər bu halda ən azı keyfiyyətini itirir. Ona görə də qızartmaq yox, sobada bişirib, dondurmaq daha yaxşı olar.

Yumurtanı dondurmaq da böyük yanlış hesab edilir. Bu zaman yumurtanın içindəki maye donur, qabıqda çatlar əmələ gəlir, bakteriyaların daxilə keçməsinə şərait yaranır.

Əgər yumurtanı dondurub saxlamaq istəyiniz varsa, onda onu qırıb çoxlu çalandan sonra

hava daxil olmayan qabda saxlamaq şərtiylə buzluğa qoya bilərsiniz.

Yumşaq pendirləri də dondursanız, süd halına düşərək, həm ləzzətini, həm də keyfiyyətini itirəcək.

Meyvə-tərəvəzləri çiy halda dondurmaq tövsiyə olunmur. Məsələn, qarpız kimi bol sulu olan meyvə və tərəvəzləri dondurub saxlamaq məsləhət görülmür.

Dondurulmuş əti buzluqdan çıxarıb donunu açsanız, yenidən buzluğa qoymaq olmaz.

Əks halda sağlamlığınız üçün böyük təhlükələrə yol açmış olarsınız.

Əti buzu açılandan sonra yalnız bişirib dondura bilərsiniz.

Mayonezi də dondurmaq olmaz. Bu, ən azı dad və keyfiyyətə təsir edir.

Bununla yanaşı, yeməklərdən makaronları, plovu buzluqda saxlaya bilərsiniz. Bunun ziyanlı olmadığı bildirilsə də, dadı, ləzzətinin itəcəyi qaçılmazdır…

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO