Siyasi 19.12.2019 14:03

YENİLƏNDİ: Prezident pambıqçılıqla bağlı müşavirə keçirdi - FOTO

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

Rakus.az xəbər verir ki, respublika üzrə pambıq yığımının başa çatdığını, bu il rekord həddə – 294 min ton pambıq yığıldığını, məhsuldarlığın orta hesabla hər hektardan 29,4 sentner təşkil etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, bu, son illərdə pambıqçılığın inkişafı ilə bağlı görülən tədbirlərdən, bu sahəyə dövlət dəstəyindən irəli gəlir.

“Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir”, – deyən dövlətimizin başçısı bu sahədə ən sürətli artım illərinin ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünə təsadüf etdiyini vurğuladı. Qeyd etdi ki, ötən əsrin 80-ci illərinin əvvəlində məhsuldarlıq 30 sentnerə yaxınlaşıb, pambıq tədarükü 800 min ton səviyyəsində olub, 1981-ci ildə bu rəqəm 1 milyon tona qalxıb.

Müstəqillik dövrünün ilk illərində pambıqçılıqda müşahidə olunan problemlərdən danışan Prezident İlham Əliyev son illərdə bu sahəyə xüsusi diqqət göstərildiyini, yeni texnikaların alındığını, dövlət proqramının qəbul olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, son 3 ildə 15 min 700 texnika alınıb, bu isə pambığın 87 faizinin texnika ilə yığılmasına imkan verib, suvarma tədbirləri görülüb, fermerlərə güzəştli kreditlər, istehsalçılara subsidiyalar verilib, pambıqtəmizləmə zavodlarında yenidənqurma işləri aparılıb, pambığın satınalma qiymətləri artırılıb. Hazırda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan əməyə cəlb olunub.

Sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə etdilər.

Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bu il pambıqçılıq sahəsində əldə edilən nəticələrin sevindirici olduğunu, pambıqçılığın gəlirli və əməktutumlu sahəyə çevrildiyini bildirdi.

Dövlətimizin başçısı pambıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

13:45

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS