DTİHB-in qiymətləndirmə missiyası Bakıya gəldi
ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) parlament seçkiləri ilə əlaqədar qiymətləndirmə missiyası Azərbaycana gəlib.
Rakus.az xəbər verir ki, Azərbaycan Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, öncə missiya üzvləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşüb.
Görüşdə DTİHB-in seçki eksperti Radivoje Qrujiç, ATƏT PA-nın proqram və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knobjau iştirak edib.
Görüşdə seçkilərdə iştirak edən siyasi partiyaların, – Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Fəzail İbrahimli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev çıxış edərək növbədənkənar parlament seçkilərinə qoşulduqlarını bildirib.
Siyasətçilərin çıxışlarında vurğulanıb ki, hazırda Azərbaycanda demokratik və sabit seçki mühiti var. Seçkiyə qoşulmayan bəzi partiyaların irəli sürdükləri iddialar əsassızdır.
Xatırladaq ki, görüşdə parlamüent saeçkilərində iştirak etdiyini bəyan etmiş aparıcı müxalifət partiyaları, – Müsavat və ReAL Partiyalarının nümayəndələri təmsil olunmayıb.
Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkədə demokratik seçki mühitnin olmadığını bəyan edərək parlament seçkilərini boykot etdiyini bildirib. Bu siyasi qüvvələr seçki qanunvericiliynin dəyişdirilməsini, seçki mühitnin demokratikləşdirilməsini, seçki komissyalarının paritet əsasda formalaşdırılmasını tələb edir.
Milli Məclisə növbədənkəənar seçkilər 2020-ci il fevralın 9-da keçirləcək.