İqtisadi 21.12.2019 21:33

Azərbaycan idxalçıdan ixracatçıya necə çevrildi? – MƏQALƏ

Bir zamanlar daxili tələbatı ödəməkdə çətinlik çəkərək elektrik enerjisini idxal etmək məcburiyyətində olan, bütün ölkəni davamlı enerji ilə təmin edə bilməyən Azərbaycan həyata keçirilmiş məqsədyönlü, ardıcıl tədbirlər nəticəsində nəinki bu problemi əsaslı şəkildə həll edib, eyni zamanda enerji ixracatçısına çevrilib.

Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm həlqəsi kimi diqqət çəkir, dünya ölkələrini bu prioritet məsələnin həlli daim qayğılandırır. Karbohidrogen ehtiyatları hesabına enerji ölkəsi kimi özünü təsdiq edən, hətta Avropanın enerji təhükəsizliyində mühüm iştirakçıya çevrilən Azərbaycan artıq həm də elektrik enerjisinin ixracı ilə əlavə siyasi və iqtisadi dividendlər əldə edir.

Enerji istehsalı infrastrukturunun yenidən qurulması, onlarla böyük və kiçik elektrik stansiyalarının tikilməsi, ölkədaxili və xarici alıcılarla elektrik xətlərinin yenilənməsi son illərin reallıqlarıdır. Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 1973,5 MVt gücündə 19 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 60-a çatdırılıb.

YENİ İSTEHSAL GÜCLƏRİ İŞƏ DÜŞDÜ

Geridə buraxdığımız həftə Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevi qəbul edərkən bu sahədə əldə olunan nailiyyətlər, qarşıda duran çağırışlar bir daha nəzərdən keçirildi.

Dövlət başçısı bildirdi ki, hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və eyni zamanda bizdə ixrac imkanları yaradılıb: “Bu il biz önəmli addımların atılması nəticəsində yeni istehsal güclərini işə saldıq. İlk növbədə, “Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlaması önəmli hadisədir. Sentyabr ayında mənim iştirakımla stansiyanın açılışı olmuşdur. Gücü 400 meqavat olan stansiya bizim enerji potensialımızı böyük dərəcədə artırır. Şərti yanacağın sərfiyyatı da çox aşağı səviyyədədir. Ona görə bu stansiya bütün standartlara cavab verir”.

…bəli, sentyabrın 5-də Azərbaycanın elektrik enerjisi sahəsində çox əlamətdar hadisə baş verdi. Bu, “Şimal-2” elektrik stansiyasının istismara verilməsi idi.

1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə Prezident Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail oldu. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verildi. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulmuşdu. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirildi və 2019-cu ildə işlər tamamlandı.

***

Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının təmir-bərpa işləri ilə də maraqlandı: “İlin əvvəlində sizə göstəriş vermişdim ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasının təmir-bərpa işləri təmin edilsin, 8 blokdan 5-də yenidənqurma işləri aparılmalı və tamamlanmalı idi. Bu sahədə vəziyyət necədir?”

“Azərenerji”ASC-nin rəhbəri Baba Rzayev beş blokda yenidənqurma işlərinin artıq başa çatdığını bildirdi. Qeyd etdi ki, 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80 faizdən çoxu icra olunub. B.Rzayevin sözlərinə görə, bu, qəzaların qarşısını tamamilə almağa kömək edəcək.

Ölkə başçısı keçən ilin yayında baş vermiş qəzanın bizə çox baha başa gəldiyini vurğuladı: “Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi. Ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradıldı və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı. Ona görə məhz bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri “Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanmışdır. Eyni zamanda, 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir.

Qəzadan sonra mən göstəriş vermişdim ki, bununla paralel olaraq, bizim bütün metro stansiyalarında generatorlar quraşdırılsın. Generatorların əsas işi ondan ibarətdir ki, əgər qəza baş verərsə, qatarlar perrona qədər hərəkət edə bilsinlər və eskalatorlar da işləsinlər. Generatorların quraşdırılması nə yerdədir? Bu iş başa çatıb, yoxsa yox?”

Baba Rzayev bildirdi ki, bu iş artıq 100 faiz başa çatıb: “Mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb”.

***

Beləliklə, yeni istehsal güclərinin yaradılması hesabına son on ildə elektrik enerjisinin istehsalında 18% artıma nail olunub. Cari ilin 9 ayı ərzində də elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artaraq 19,6 milyard kVt/s olub. Bu müddətdə bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 40% artıb. 2018-ci ilə nisbətən elektrik enerjisinin bu il 3,6%, 2020 və 2021-ci illərdə isə müvafiq olaraq 8-10% çox istehsalı proqnozlaşdırılır.

AZƏRBAYCAN ELEKTRİK ENERJİSİ İXRACATÇISI VƏ TRANZİT ÖLKƏ KİMİ

Qeyd etdiyimiz kimi, Azərbaycan ixracatçı kimi də mövqelərini möhkəmləndirir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kVt/s elektrik enerjisi idxal edilirdisə, 2018-ci ildə bu göstərici 131 milyon kVt/s-a qədər azalıb. İxrac isə, əksinə, on il ərzində 78% artaraq 1,4 milyard kVt/s-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində isə 111,5 milyon kVt/s idxala qarşı 1,1 milyard kVt/s elektrik enerjisi ixrac edilib. İxrac göstəricisi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 42% çox olub. Gürcüstana 859 milyon kVt/s, Rusiyaya 120,7 milyon kVt/s, Türkiyəyə 56,5 milyon kVt/s, İrana isə 28,7 milyon kVt/s elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 74,8 milyon kVt/s, İrandan 27,4 milyon kVt/s, Gürcüstandan isə 9,3 milyon kVt/s olub.

Cari ilin may ayından etibarən Azərbaycan Yunanıstana, Rumıniyaya və Macarıstana elektrik enerjisi ixrac etməyə başladı. Əlavə edək ki, bir neçə ildir, Azərbaycan Rusiya, İran, Gürcüstana və eyni zamanda, Türkiyəyə elektrik enerjisi ixrac edir. İndi Şərqi Avropa ölkələrindən sonra  – növbəti mərhələdə Avstriya və İtaliyanın da Azərbaycan elektrik enerjisinin alıcıları sırasına qoşulması nəzərdə tutulub. Beləliklə, Azərbaycan yeni bazarlara çıxaraq satış coğrafiyasını genişləndirməklə yanaşı, Avropanın enerji xəritəsinə karbohidrogen ehtiyatların ixracından sonra elektrik enerjisinin ixracı ilə də yeni dizayn verir.

Bu sistemə indi Avropa da daxil olur. Bu o deməkdir ki, Azərbaycan artıq Asiya və Avropanı birləşdirən enerji infrastrukturunun çox əhəmiyyətli bir məkanına çevrilib.

11 AYLIQ HESABAT – NƏ QƏDƏR ELEKTRİK ENERJİSİ İXRAC ETMİŞİK?

Cari ilin 11 ayının yekunları da müsbətdir: Belə ki, ölkəmiz yanvar-noyabr aylarında 1 742 720 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib. Bu həcmdə elektrik enerjinin dəyəri 76 035 min ABŞ dolları təşkil edib.

Bu ilin 11 ayında ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin müvafiq dövründən 362 566 min kVt/saat, yaxud 26,3%, dəyəri isə 11 066 min dollar və yaxud 17% çoxdur.

Alıcıların Azərbaycanla əməkdaşlıqda maraqlı olması da təsadüfi deyil: ölkəmiz bütün beynəlxalq əməkdaşlıq müstəvilərində etibarlı tərəfdaş kimi tanınır.
Ölkəmizin etibarlılığı onun öz resurslarından siyasi rıçaq kimi istifadə etməməsi, əlaqələri sağlam, bərabarhüquqlu əməkdaşlıq prinsipi üzərində qurması, bütün ehtiyatlardan və infrastrukturundan xalqların rifahı üçün istifadə etməsi ilə şərtlənir. Azərbaycan bölgədən keçən bütün tranzit xətlərdən bölgə xalqlarının səmərəli istifadəsinə lazımınca dəstək verir. Qaz, enerji böhranları zamanı Azərbaycanın qonşu ölkələrə verdiyi dəstək uzaq keçmişin faktları olmadığından yaxşı xatırlanır.

3 PRİORİTET

Beləliklə, deyə bilərik ki, Prezident İlham Əliyevin energetika sahəsinin potensialının tam realizəsi ilə bağlı qarşıya qoyduğu hədəflər, bu istiqamətdə həyata keçirilən tədbirlər xüsusilə üç prioritetin həllinə hesablanıb:

Birincisi, resursların müəyyən edilməsi, mövcud ənənəvi və alternativ enerji istehsalı imkanlarından tam istifadə.

İkincisi, daxili enerji tələbatının tam və təhlükəsiz şəkildə təmin olunması, elektrik enerjisi sisteminin modernləşdirilməsi.

Üçüncüsü, Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi mövqelərini möhkəmləndirməsi, alıcı arealının genişləndirilməsi və beləliklə də iqtisadi və siyasi tərəfdaşlar coğrafiyasını genişləndirmək.

Vüsal Məmmədov

XƏBƏR LENTİ
Elm və təhsil / 02.07.2024 22:43
“Türklərin Qafqazdakı varlığını 11-ci əsrdən götürmək utopiyadır”
Siyasi, Video müsahibə / 02.07.2024 18:36
“Ümumi oyunun bir hissəsi Ermənistanı Fransanın forpostuna çevirməkdir” - VİDEO
Siyasi, Video müsahibə / 02.07.2024 12:24
Ermənistan kimin forpostu olur?- ANONS - VİDEO
Müsahibə / 01.07.2024 22:30
“Kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir” - VİDEO
Elm və təhsil / 01.07.2024 13:45
Xəzərlərin etnik kimliyi – ANONS
Maraqlı, Sosial / 29.06.2024 22:01
“Şorcalı mordvin gənci türk casusu adı altında İrəvanda öldürülüb” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Sosial / 28.06.2024 22:46
“Qonaq gələnlər maşını kənddə qoyub Gorusa erməni nömrəsi olan maşınla, avtobusla gedirdilər” - FOTO - VİDEO
Təhlil / 28.06.2024 15:23
Ermənistanın nicatı və Aİ-yə açılan yol – TƏHLİL
Sosial / 28.06.2024 13:22
“Anam rəhmətə gedəndə dedi ki…” Roza Cavadovanın “Həyat Hekayəsi”- ANONS - VİDEO
Hərbi, Təhlil / 27.06.2024 22:16
“Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır” - FOTO - VİDEO
Təhlil / 27.06.2024 17:30
Beynəlxalq səviyyəli münaqişələrdən necə istifadə edilir – TƏHLİL
Hərbi / 27.06.2024 13:32
Ermənistan təxribata əl atarsa… – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Hərbi / 26.06.2024 20:59
Silahlı Qüvvələrimiz dövlətimizin gücü, dayağıdır
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO