İmişlinin icra başçısı 124 manata kirayədə yaşayır - FOTO
İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirib.
Rakus.az xəbər verir ki, açıqlamada məlumatların heç birinin həqiqətə uyğun olmadığı deyilir.
“Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik”.
Xatırladaq ki, Almaniyada yaşayan bloger Həbib Müntəzir “Facebook”da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvəti olmasına dair siyahı paylaşıb. O, icra başçısının Bakıda, Gəncədə, Qazaxıstanda Dubayda milyonluq biznesinin olduğunu iddia edib.