Xoşagəlməz hal yaşanarsa, qanuna müvafiq qaydada addımlar atacağıq – Məzahir Pənahov
Son illər seçkilərlə bağlı şikayətlərin sayı kəskin şəkildə azalıb. Bunun səbəblərindən biri isə bizim apardığımız maarifləndirmə tədbirləridir.
Rakus.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Gün ərzində bölgələrlə əlaqə saxlayacağıq. Əgər hansısa bu və ya digər xoşagəlməz hallarla bağlı MSK-ya müraciət daxil olarsa, biz qanuna müvafiq qaydada addımlar atacağıq. İndiyə qədər MSK-ya hansısa rəsmi müraciət daxil olmayıb. Ancaq qaynar xətt vasitəsilə müəyyən müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyıb və dərhal həllini tapıb. Biz bütün imkanlardan istifadə edirik ki, xoşagəlməz hallar baş verərsə, onlar namizədlərin xeyrinə həll olunsun”, MSK sədri bildirib.