Partiya fəalı Prezidenti təbrik etdi
Yeni Azərbaycan Partiyasının fəalı Teymur Mustafayev Respublika Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Rakus.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Cənab Prezident! Sizi doğum gününüz münasibətilə təbrik edirəm, uzun ömür, can sağlığı diləyir və ən xoş arzularımı səmimi olaraq çatdırıram!
Sizin Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, ölkəmiz nəinki Cənubi Qafqazda, o cümlədən yerləşdiyi coğrafi regionda lider dövlətlərdən birinə çevrilib.
Sizin imzaladığınız müxtəlif sərəncam, fərman və dövlət proqramlarının sayəsində bütün sahələrdə olduğu kimi, gənclər və idman sektorunda da, sürətli canlanma yaranıb. Gənclər və gənclər təşkilatlarının inkişafı üçün yaratdığınız qurumlar bu gün cəmiyyətdə mühüm və böyük əhəmiyyət kəsb edir.
Bu illər ərzində həyata keçirdiyiniz islahatlar, qəbul etdiyiniz fərman və sərəncamlar, gənclərlə görüşlərdə səsləndirdiyiniz fikirlər bir daha sübut edir ki, Siz hər zaman gənclərin yanındasınız və gənclərin ölkəmizin ictimai həyatında fəaliyyətini dəstəkləyirsiz.
Azərbaycan naminə görülən işlərdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini də qeyd etmək istərdim. Ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman habelə bütün sahələrinin inkişafında, xalqın mədəni irsinin qorunmasında, ölkəmizin dünyada müsbət imicinin möhkəmlənməsində böyük xidmətləri ilə əvəzsiz rolu vardır.
Gənclər adından bildirmək istərdim ki, hər zaman dövlətimizin, Prezidentimizin və Birinci vitse-prezidentimizin yanındayıq. Sizin apardığınız davamlı islahatlar nəticəsində ölkəmizin dünyanın qabaqcıl ölkələrindən biri olacağına əminik.
Sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, ölkəmizin inkişafı yolunda gələcək işlərinizdə uğurlar arzu edirəm!”