Bu qidaları yeməyin, “gizli şəkər” var – MƏSLƏHƏT
Bir çox insanlar sağlam qidalanmaq, artıq çəkidən qurtulmaq üçün şəkərdən, tərkibində şəkər olan qidalardan imtina edirlər.
Rakus.az xəbər verir ki, amma bəzi qidalar da var ki, onların tərkibində şəkər olduğunu çoxları bilmir və hər gün onları qəbul edir. “Gizli şəkər” mənbəyi olan qidalar hansılardır?
Tərkibində “gizli şəkər” olan qidaların önündə birmənalı olaraq ağ undan hazırlanan çörək gəlir. Hətta digər un növlərindən hazırlanan çörəklərdə də şəkər var.
Salatlara vurulan souslar da gizli şəkər mənbəyi sayılır. Mağazalardan hazır şəkildə alınan bu souslara ləzzəti artırmaq məqsədilə şəkər də əlavə olunur. Ona görə də bu sousları evdə özünüz hazırlasanız, daha yaxşı olar.
Meyvəli yoqurtların da tərkibində bol miqdarda şəkər var. Ona görə də evdə təbii qatığa istədiyiniz meyvəni qatıb yesəniz, daha sağlam qidalanmış olarsınız.
Konservləşdirilən meyvələr də gizli şəkər mənbələrindən biri sayılır.