MSK-da 77 nəfərin deputatlığa namizədliyi qeydə alındı
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Rakus.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, indiyə qədər 2097 nəfər müraciət edib: “Onlardan 1782 nəfərin müraciəti təsdiq olunub. Namizədlərin 452 nəfəri 19 siyasi partiya, 12 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb”.
MSK sədri bildirib ki, müraciət edən şəxslərin 1535 nəfər artıq imza vərəqələrini götürüb, 290 nəfəri isə imza vərəqini qaytarıb: “77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa namizədliyi qeydə alınanlardan 7-i siyasi partiya üzvüdür”.
Xatırladaq ki, qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti 2020-ci il yanvarın 10-u saat 18:00-da başa çatır.